Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"
İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi.
Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır.
Media.Az-a müsahibəsində karateçi bir sıra maraqlı açıqlamalar verib. O, gündəlik həyatındakı problemləri güc yolu ilə deyil, ünsiyyət vasitəsilə həll etdiyini bildirib.
"Real həyatda heç zaman döyüşməyə məcbur olmamışam və düşünürəm ki, bu, çox yaxşı haldır. Ümumiyyətlə, problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm", -deyə idmançı bəyan edib.
O, karatenin qadın idman növü olmadığını deyənlərlə razılaşmadığını da bildirib.
"Karateni sevməmək çox çətindir. təsəvvür edin ki, 16 yaşınadək iştirak etdiyim bütün yarışlardan medalla qayıtmışam. Ən böyük arzum isə Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Ümid edirəm ki, karate bir daha Olimpiadada təmsil olunacaq", -deyə Zaretskaya qeyd edib.
Xanım idmançı kumirinin kim olduğuna da aydınlıq gətirib.
"Karate üzrə kumirim əlbəttə ki, Rafael Ağayevdir. Rafael həqiqətən də əfsanəvi idmançıdır. O, uşaqlıqdan bəri mənim rol modelimdir. Onunla söhbət edərkən başa düşürəm ki, Rafael yalnız məsuliyyətli və yaxşı idmançı deyil, həm də gözəl insandır. Bütün uğurlarına görə son dərəcə xoşbəxtəm. Düzü,Tokiodan da "qızıl"la gəlməyimizi çox istəyirdim. Bu medala layiq idik ...
Rafael bənzərsizdir, xüsusi texnikası var. İndi məni dəstəkləyən və inanan dostlarımdan biri olması məni sevindirir. Mən də öz işim və nəticələrimlə özümə qarşı bu münasibəti qazanmağa çalışmışam", - deyə dünya çempionu əlavə edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 850 Tarix: 12 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Futbolda BU DA OLDU: Baş məşqçi...
Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua
27.08.2021 1769 Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 "Fənərbağça" Kresponu transfer etdi
İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )
05.09.2021 709 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641 Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi
Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda
26.08.2021 1232 Dünya çempionumuz koronavirusa yoluxdu
Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal
31.08.2021 1111 Ronaldonun yeni klubu rəsmən açıqlandı
"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib
27.08.2021 1027 Azərbaycan millisinin heyətində dəyişiklik baş verib
2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto
05.09.2021 898 Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7
04.09.2021 627