"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətinə gəliblər.
"Növbəti dəfə krossvord həll edə bilməyəndə bir fincan çay için", - deyə Çin alimləri məsləhət görürlər. "The Times" qəzetinin yazdığına görə, Pekin Universitetinin tədqiqatçıları bir fincan çay içməyin yaradıcılıq potensialını artıra biləcəyi qənaətinə gəliblər.
Alimlər təcrübə çərçivəsində 100 iştirakçıya çay və ya su veriblər və sonra yaradıcı, xüsusən də konvergent düşüncənin səviyyəsi üçün testlər vermələrini xahiş ediblər. İnsanlardan sözlər arasında məna əlaqələri tapmaları və bir neçə tapmacanı həll etmələri istənilib.
Əldə edilən nəticələri zəkanın və dil qabiliyyətinin potensial təsirini istisna etməklə təhlil etdikdən sonra çay içənlərin bu vəzifələri daha yaxşı yerinə yetirdiklərini təsbit ediblər.
Çay içənlər söz axtarma oyununda orta hesabla 13,89, tapmacaların həllində 10,94, su içənlər isə uyğun olaraq 12,94 və 9,0 bal toplayıblar.
Əldə olunan nəticələr alimləri çayın insanın yaradıcı düşüncəsinə faydalı təsir göstərdiyi qənaətinə gəlməyə vadar edib. Buna baxmayaraq, mütəxəssislər bu təsirin səbəbini hələ müəyyən etməyiblər. "The Times"ın qeyd etdiyi kimi, çayın tərkibində kofein və L-teanin var ki, bunların hər ikisi diqqəti artıra bilər, lakin tədqiqat iştirakçıları yalnız az miqdarda çay, orta hesabla 90 ml, içdikdən dərhal sonra testləri həll ediblər, əks halda təsiri cüzi olardı.
"Bu nəticə çayın bioloji komponentlərinin deyil, çay içmə prosesinin özünün mühüm rol oynadığını göstərir", - deyə tədqiqatçılar yekun nəticəyə gəliblər. Bir qrup alim təxmin edib ki, hər bir insanın çay içmə prosesini zəka, yaradıcılıq, zövq, inam və sabitlik kimi müəyyən şəxsi keyfiyyətləri ilə əlaqələndirmək olar.
Alimlər inanırlar ki, çay içənlər "şüuraltı daha ağıllı və daha yaradıcı olmaq lazım gəldiyini düşünüblər" ki, bu da onların beynində formalaşmış çay içməyi sevən insan obrazından qaynaqlanır.
"Sonrakı tədqiqatlar xüsusi mexanizmlərə yönəlməli və çay istehlakının insanların konverqent düşüncəsinə necə təsir etdiyini aydınlaşdırmalıdır", - deyə Pekin Universitetinin mütəxəssisləri bildiriblər.
2017-ci ildə elə bu çinli alimlər qrupu çayın fərqli düşünmə kimi tanınan başqa bir yaradıcılıq növünü də inkişaf etdirə biləcəyini kəşf etmişdi.
"The Times" qeyd edir ki, çay meyvə və tərəvəz kimi sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsi ilə mübarizə aparan antioksidanlar olan polifenol və flavonoidlərin təbii mənbəyidir.
Harvard İctimai Sağlamlıq Məktəbi tərəfindən daha əvvəl aparılan bir araşdırma çay içənlərin şəkərin polifenollarla tənzimlənməsi ilə əlaqəli olduğu düşünülən diabet xəstəliyinə tutulma ehtimalının daha az olduğunu ortaya qoymuşdu. Bundan əlavə, çayın ürək xəstəliyi riskini azaltmağa kömək etdiyinə inanılır.(moderator.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1068 Tarix: 12 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086