İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi
İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş verən yanğın olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnfobae" nəşri yazıb.
Məlumata görə, yanğın Kataloniyada yerləşən "Clim Waterpool" anbarında yerli vaxtla saat 02:20-də (Bakı vaxtı ilə 04:20 - red.) baş verib.
Barselonanın Vilanova-i-la-Jeltru, San-Pere-de-Ribes və Kubelyes, həmçinin Tarraqonadakı Kunita və Kalafel şəhərlərinin sakinlərinə küçəyə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq və kondisionerdən istifadə etməklə bağlı çağırış edilib. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, lakin Kataloniyaya bir neçə əlavə təcili yardım briqadası gəlib. Fövqəladə hallar xidmətlərinin işini asanlaşdırmaq üçün yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Kataloniya yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
"Biz yanğının qonşu anbarlara yayılmasının qarşısını aldıq. Tapşırıqlardan biri də yanğın nəticəsində əmələ gələn şleyfə nəzarət etmək, onun inkişafını və toksiklik səviyyəsini izləməkdir", - deyə yanğınsöndürənlər bildiriblər.
Yanğınsöndürmə ilə mübarizəyə 60 yanğınsöndürən və 20 xüsusi briqada, o cümlədən texnoloji və əməliyyat riskləri ilə işləyən qrup və kimyəvi kəşfiyyat təcili xilasetmə maşını cəlb edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 281 Tarix: 10 may 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Kelloq: Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs müharibənin sonunun başlanğıcı olacaq
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq 30 günlük tam atəşkəsin Rusiya – Ukrayna müharibəsinin başa çatmasının başlanğıcı olacağını bildirib. "Report" xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb. "30 günlük hərtərəfli (hava, quru, dəniz, infrastruktur
12:00 135 Holokostun ən məşhur şahidlərindən biri Qələbə Günündə dünyasını dəyişdi
Mayın 9-u - Faşizm üzərində Qələbə Günündə Holokostun ən məşhur şahidlərindən biri, almanəsilli Marqo Fridlender 104 yaşında vəfat edib. -ın Almaniyanın NTV telekanalına istinadən xəbərinə görə, bu barədə onun adını daşıyan fonddan məlumat verilib. Marqo Fridlender 1921-ci ildə Berlində yəhudi ailəsind
10:00 159 "Azərbaycanla müharibə olmayacaq"
"Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq". BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var
13:10 130 Makron Ukraynada hərbi kontingentin formalaşdırılması üzrə planlar haqqında danışıb
"Qətiyyətlilərin koalisiyası" Ukrayna üçün hərbi kontingentin göndərilməsi təklifini hazırlayır. "Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu "koalisiya"nın iclasında Fransa Prezidenti Emmanuel Makron bildirib. "Uzunmüddətli sülh real beynəlxalq təhlükəsizli
12:50 112 11 yaşlı qıza qarşı əxlaqsız edən ilahiyyatçı ilə bağlı YENİ DETALLAR
Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş ilahiyyatçı Salman Kamiloğlunun cinayət işinin təfərrüatı məlum olub. Onun ifadəsindən hadisənin bilinməyən məqamları üzə çıxıb. BİG.AZ -a istinadən xəbər verir ki, Cinayə
15:40 0 Azərbaycanda BU DİL SÜRƏTLƏ YAYILIR - Orta məktəblərdə tədris olunacaq?
Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasındak
00:09 396 Qonşu ölkədə təhlükəli virusla bağlı XƏBƏRDARLIQ - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ
İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə yeni koronavirus infeksiyası dalğası barədə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb. Nazir müavini insanları bir daha maskalardan istifadə etməyə çağırıb. O, həm də ictimaiyyətin məlumatlandırılmasınd
00:13 327 Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?
Azərbaycan çayı həm adı, həm də dadı ilə dünya bazarında tanınır. Bu səbəbdən ölkəmizdə istehsal olunan çay xarici ölkələrdə böyük rəğbət qazanıb. Astara sakini Ağaməmməd Məlikov ötən il 75 ton məhsul yığdıqlarını, bu il isə daha çox məhsul gözlədiklərini bildirib. Onun sözlərinə görə, ölkəmizdə çayı
15:40 0 Qaradağda 15 yaşlı qıza toy etdilər
Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub. Qızın 15 yaş
13:18 168