Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkdilər"

Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkdilər"Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli "Opel" markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, onun ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən olunub.

İstintaq zamanı məlum olub ki, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

Qönçənin ifadəsindən hadisənin digər təfərrüatı da məlum olub.

"Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqifgilə dedim. Vaqifgil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən - "Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram", - deməsini tələb edirdi. Xaliq demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar", - deyə Qönçə hadisə barədə danışarkən deyib.

Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib:

"Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda dəyənəklə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə - "necədir? Yaxşıdır? Yoxsa bir az da döyüm?" - deyirdi. Qönçə - "bəsdir", - cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu - "mənim şəkərim var, baxa bilmərəm", - dedi".

Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda "şəmkirli" deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş:

"Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə - "barmağını kəsin", - dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb - "ya barmağın, ya pul", - dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım bir az qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik marixuana verəcək, həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar".

Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və "bundan da betər olacaqsan", - belə mesaj yazılıb.

Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış...

Məhkəmənin hökmü ilə Vaqif 9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər.(Musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mənə dəfələrlə xəyanət edib, hamısını bağışlamışam..."

"Mənə dəfələrlə xəyanət edib, hamısını bağışlamışam. Gözümlə görməmişəm, ancaq bilmişəm. Ona heç nə deməmişəm. Bir də ayılıb ki, söhbət bağlanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə -a müsahibəsində Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. Həyat yoldaşını

15.05.2025 682
.

Vladimir Putin açıqladı: "İstanbula getməyəcəyəm"

Xəbər verdiyimiz kimi bu günlərdə İstanbulda Ukrayna və Rusiya prezidentlərinin sülh danışıqları aparmaq üçün İstanbulda görüşəcəkləri planlaşdırılıb. xarici mediaya istinadən xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə açıq danışıqlarda iştirak etməyəcəyini açıqlayıb

15.05.2025 500
.

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib (RƏSMİ)

"Son zəng" tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib. Qaynarinfo xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olarkən deyib. O bildiri

15.05.2025 391
.

Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub. Mədəniyyət Nazirliyində

15.05.2025 309
.

Bakının bu ərazisində bulvar salınacaq (VİDEO)

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir. Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındak

10:46 85
.

Cavanşir Məmmədovun nəvəsinin toyundan - Fotolar

Xəbər verdiyimiz kimi, mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqənin toyu olub. Axşam.az-ın məlumatına görə, Rəfiqə Rüfət adlı bəylə ailə qurub. O, toy məclisindən görüntülər paylaşıb. Qeyd edək ki, C.Məmmədov ötən ilin aprelində dünyasını dəyişib. O, 2023-cü ildə açıqlamalarından birind

10:37 92
.

Ata oğlunu ov tüfəngi ilə qətlə yetirdi

Türkiyənin Tekirdağ bölgəsində ailə münaqişəsi faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, ata-oğul arasında yaranan mübahisə zamanı ata ov tüfəngi ilə oğlunu güllələyərək öldürüb. Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadası çağırılıb. Gəncin meyiti məhkəmə-tibb

15.05.2025 388
.

Küləklə bağlı - Xəbərdarlıq

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan

10:15 82
.

Məşhur aktyor oğlunun doğum gününü qeyd etdi

Türkiyənin məşhur komediya ustası Ahmet Kural oğlu Kamalın doğum gününü sosial mediada qeyd edib. türk mediasına istinadən xəbər verir ki, aktyor övladının ad günündən fotoları şəxsi Instagram hesabında izləyiciləri ilə bölüşüb. Ahmet Kural paylaşımına bu sözləri əlavə edib:. "Duyğularımı ifad

15.05.2025 328
.

TOP MP3
OSZAR »