Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub

Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurubAilə Park" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
XALQ-ın məlumata Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli "Whitestone Towers" yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.
Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.
Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.
İstintaq orqanı tərəfindən "Ailə Park" QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.
Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: "Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: "Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb".
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.
Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: "Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm".
Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: "Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub".
İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:
"Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var".
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.
Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verilmişdir.
Bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktla bağlı akt tərtib olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 245   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Maşın sürə-sürə kirpik qoyuram"

"Maşın sürə-sürə kirpik qoyuram. 21 ildir sürücüyəm. Bunu videoya çəkərəm, amma cərimələnməkdən qorxuram". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Günə bax" verilişində deyib. Sənətçi avtoboil sürə-sürə makiyaj etdiyini deyib:. "Səhər saat 9-da efirdə olmalıyamsa

14:35 236
.

Azərbaycanda yeni şəlalə tapıldı

Mayın 5-də və 6-da Şəkinin Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arasındakı ərazi) qolu və eyniadlı dərədə ekoloji monitorinq işləri aparılıb. -a istinadən xəbər verir ki, bu barədə Azərbayca

12:28 357
.

Trampla Melaniya boşanıb?

Nadir hallarda ictimaiyyət qarşısına çıxan Melaniyanın ABŞ prezidenti Donald Trampla evliliyinin bitməsi barədə sensasiyalı xəbər yayılıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bioqraf Maykl Volf iddia irəli sürüb. O, bildirib ki, Prezident və birinci xanım faktiki olaraq "ayrılıblar"

19:40 148
.

Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb. BİG.AZ xəbər verir ki, birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtida

12:46 692
.

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

"Monitorinqin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdlər

15:04 207
.

Eyni jesti 5 ay əvvəl də edibmiş...

Xəbər verdiyimiz kimi, dünən Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı bir sıra maraqlı anlarla yadda qalıb. Bu anlardan biri də Albaniyanın Baş naziri Edi Ramanın italyan həmkarı Ciorcia Melonini qırmızı xalçada diz çökərək qarşılaması olub. "Qafqazinfo"nu

14:07 227
.

Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs sazişinə nail olmaq üçün səylərini əsirgəməməli və bütün maraqlı tərəflərə təzyiq göstərməlidir. "Report" TASS-a istinadən xəbər verir ki, Misir lideri Əbdül Fəttah əs-Sisi belə çağırışla Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitini

19:10 118
.

Rusiya XİN: Lavrov və Rubio Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon vasitəsilə Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir. "Söhbət zamanı həmçinin bir sıra digər beynəlxal

19:00 113
.

"Bununla heç bir alim ailə dolandıra bilməz" - Misir Mərdanov maaşını açıqladı

"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır". Bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov "AzPolitika"ya müsahibəsində deyib. O qeyd edib ki, hazırda İnstitutd

11:22 393
.

TOP MP3
OSZAR »