Nəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLAR

Nəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLARHeydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurovanın "Qal, sənə qurban" adlı solo konserti baş tutub.

BiG.AZ xəbər verir ki, milli musiqimizin saf duyğulu incilərinə və muğam sənətinə həsr olunan bu gecə dinləyicilərə unudulmaz sənət anları yaşadıb.
Tədbir iki hissədən ibarət idi. Hər iki hissədə Teymurovanın səsi ilə muğamın dərinliklərinə enən tamaşaçılar, sənətin paklığına, musiqinin ruh oxşayan gücünə şahid oldular.

Gecə boyunca sənətkara Xalq artisti Fərhad Bədəlbəylinin rəhbəri olduğu Bakı Kamera Orkestri, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu "Xarı Bülbül" muğam qrupu və baş dirijor, Əməkdar artist Fuad İbrahimov yoldaşlıq edirdi.

Tamaşaçılar arasında Azərbaycan ədəbiyyatının və sənət aləminin tanınmış simaları — Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Dilarə Əliyeva, Əməkdar mədəniyyə işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva və bir sıra sənət nümayəndələri yer alıb.
Konsertin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə yeganə qonaq qiraətçi Xəzər Süleymanlı olub. O, "Qal, sənə qurban" ifası zamanı şeir səsləndirib. Onun səhnəyə gətirdiyi poetik ruh, gecənin emosional tonunu daha da gücləndirib.

Teymurova səhnədə iki fərqli libasda görünüb — onun bu gecəyə xüsusi hazırlanmış zərif tərzi üzərində tanınmış stilist Elnur Həsənov çalışmışıb. İncə zövq və sadə dəbdə olan bu libaslar ifaçının bənzərsiz səsi ilə vəhdət təşkil edib.

Konsertin kulminasiya nöqtəsi isə "Qarabağ şikəstəsi" ilə baş verib. Teymurovanın səsinin titrəyişi Qarabağ həsrətindən doğan o böyük nisgili səhnədən zala, zalın ürəyindən Vətən torpaqlarına qədər daşıyıb.

Nəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLARNəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLARNəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLARNəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLARNəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 260   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilan Çiçek Deniz Kann film festivalında

Aktrisa Dilan Çiçek Deniz Kann film festivalında iştirak edib. xəbər verir ki, o, festivala "Boucheron" brendinin siması kimi qatılıb. Aktrisa Özgür Mansurun dizayn etdiyi gümüşü libası ilə göz qamaşdırıb. [hh4-unikal]

21.05.2025 249
.

Röya Ayxan Kann-a gedir

Xalq artisti Röya Ayxan Kann Film Festivalına dəvət olunub. OLAY yazır ki, bu barədə estrada ulduzu özü paylaşım edib. Pop ulduz ona göndərilən dəvətnamənin fotosunu paylaşıb. "Kann"a gedən ilk azərbaycanlı müğənni olan Röya Ayxan 22 mayda fəxri qonaq qismində qırmızı xalıda yer alacaq

21.05.2025 435
.

"Məni hər görəndə yemək bişir birlikdə yeyək deyərdi" - Funda Arar Volkan Konakdan danışdı

Funda Arar vəfat edən Volkan Konak barədə danışıb. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Məni hər görəndə yemək bişir birlikdə yeyək deyərdi. Qismət olmadı. Çox sevdiyim dostum idi. Hələ inana bilmirəm" ,- deyə o bildirib. [hh4-unikal]

20.05.2025 304
.

Yaxın vaxtlarda öləcəyini deyən məşhur müğənni qəfil vəfat etdi

"Highlife" janrının tanınmış qanalı ifaçısı Dada KD (Dada Kwaku Duah) dünyasını dəyişib. Onun vəfatı əvvəllər öz ölümünü ehtimal etdiyi paylaşımı yenidən gündəmə gətirib. bu barədə "Haber Global"a istinadla xəbər verir. Qeyd edilir ki, 2020-ci ildə etdiyi paylaşım mərhum sənətçilə

18.05.2025 363
.

Müğənni Nəfəsin səsini yandırmaq istəyiblər - İlk dəfə açıqladı

Müğənni Nəfəsin başına iş gəlib. xəbər verir ki, sənətçi onun səsini qəsdən yandırıblar. "İncə səhər" verilişinə qonaq olan ifaçı çayına dərman qatıldığını deyib. O bildirib ki, bunu etməkdə məqsəd onun səsini yandıraraq oxumağına mane olmaq olub. Ətraflı videoda:

21.05.2025 121
.

Mert Yazıcıoğlu "Kızılcık Şerbeti"nə gəlir

Mert Yazıcıoğlunun "Kızılcık Şerbeti"nə qatılacağı iddia olunur. türk mətbuatına istinadən xəbər verir ki, aktyor serialda Doğanın yeni əri rolunda olacaq. Mert Yazıcıoğlu bu iddialara cavab verməyib. [hh4-unikal]

20.05.2025 383
.

"Bəzən bir kitab, bəzən bir dua insanı sağaldar" - Tuba Büyüküstün

"Bəzən bir kitab, bəzən bir dua insanı sağaldar". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Tuba Büyüküstün deyib. "Vacib olan insanın özünü tanıyıb kəşf etməsidir. Bəzən bir dostla gülüb söhbət etmək də şəfa olur" ,- deyə o bildirib. [hh4-unikal]

19.05.2025 322
.

"Atamın vəfat etdiyini çəkilişdə olanda sosial mediadan öyrəndim" - Hakan Yılmaz

"Atamın vəfat etdiyini çəkilişdə olanda sosial mediadan öyrəndim". xəbər verir ki, bu sözləri türkiyəli aktyor Hakan Yılmaz deyib. "Birdən gördüm ki, mənə başsağlığı mesajları gəlir. İnsan nə edəcəyini bilmir" ,- deyə o bildirib. [hh4-unikal]

19.05.2025 534
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTOLAR

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləman ilə olan görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Həmin görüntüləri təqdim edirik:

18.05.2025 30548
.

TOP MP3
OSZAR »