Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxıb
Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.
Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.
Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. XALQ.-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə so
03.06.2025 403 Kim Kardaşyanın "geyim muzeyi" — 60 milyonluq malikanəsini nümayiş etdirdi
Karyerasına dünyanın ən məşhur televiziya ulduzlarından biri kimi başlayan, daha sonra isə öz brendlərini yaradaraq uğurlu iş qadınına çevrilən Kim Kardaşyan bu dəfə dəbdəbəsi ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, Kardaşyan Los-Ancelesdə yerləşən 60 milyon dollarlıq malikanəsini
03.06.2025 506 Qayınana gəlinlərinin qızıllarını götürüb 30 yaşlı sevgilisi ilə qaçdı
Hindistanda qohumları ailəsini atıb 30 yaşlı sevgilisi ilə qaçan yaşlı qadına qarşı şikayət edib. xarici mediaya istinadla bildirir ki, hadisə Uttar Pradeş ştatının Lalitpur rayonunda baş verib. Bir kişi polisə yaxınlaşaraq arvadının özündən xeyli gənc sevgilisi ilə münasibətdə olduğunu və hər ikisini
03.06.2025 337 "Nəsimi bazarı"nın yerində yanğın
Bakının Nəsimi rayonunda, keçmiş "Nəsimi bazarı"nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -ə bildirilib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər görülür. Görüntüləri buradan izləyin
02.06.2025 456 Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı
Bərdədə məktəbdə faciəli hadisə yaşanıb. -ın əldə etdiyi məlumata görə, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb. Oranın şagirdi, 15 yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbən yıxılıb. Məktəbl
03.06.2025 315 Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR
Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib. "Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir
03.06.2025 1643 13 yaşlı yeniyetməyə cinsi zorakılıq edən şəxs saxlanıldı
Türkiyənin İstanbul şəhərində 13 yaşlı qıza qarsı cinsi zorakılıq tətbiq edən şəxs saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən şəxs qızıv valideynlərinin şikayəti əsasında istintaqa cəlb edilib. Faktla bağlı araşdırma başlayıb. [hh4-unikal]
03.06.2025 392 Ülviyyədən Murada təbrik videosu
Aktrisa Ülviyyə Xəlinbəyova ayrıldığı həyat yoldaşı Murad İsmayılla bağlı paylaşım edib. OLAY yazır ki, Ülviyyə Muradın ad günü münasibətilə təbrik videosu paylaşıb. Kadrlarda isə cütlüyün iki oğlunun atalarına təbriki yer alıb
03.06.2025 728 Məscidin həyətindən 10 günlük körpə tapıldı
Türkiyənin Konya vilayətində ürək ağrıdan hadisə baş verib. Bir məscidin həyətində 10 günlük körpə tapılıb. türk mediasına istinadən xəbər verir ki, ərazidə olan sakinlər körpəni dərhal xəstəxanaya çatdırıblar. Həkim müayinəsindən sonra körpənin səhhətində hər hansı bir problemin olmadığı müəyyən edilib
03.06.2025 293