Üçüncü övladını dünyaya gətirərkən öldü... - Video
Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb.
"Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", deyə soruşurlar...", - ana bildirib.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.
G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: "Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil… Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib".
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.
G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Daha ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 642 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə "100-ə 100" formatında hərbi əsirlərin mübadiləsinin üçüncü mərhələsinin bazar günü baş tutacağını açıqlayıb. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o, bu barədə axşam videomüraciətində bildirib. "Saba
25.05.2025 131 "Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"
Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində ekspertlərin iştirakına dair mühüm açıqlamalar verib. xəbər verir ki, onun sözlərinə görə, qiymətləndirmə mərhələsind
25.05.2025 144 Partiyadaşları Consonu mühafizəkarların aşağı reytinqi fonunda siyasətə qayıtmağa çağırır
Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvləri torilərin reytinqinin az olması fonunda keçmiş baş nazir Boris Consonu siyasətə qayıtmağa çağırırlar. "Report" xəbər verir ki, bu barədə "The Sun" qəzeti partiya rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb
25.05.2025 120 Dieqo Simeone və xanımı Yanukoviçin keçmiş müşavirinin QƏTL ANINI GÖRÜBLƏR
Madridin "Atletiko" futbol klubunun baş məşqçisi Dieqo Simeone və onun həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnovun səs-küylü qətlinin bilmədən şahidi olublar. -ın xəbərinə görə, bu barədə İspaniyanın "El Espanol" nəşr
25.05.2025 178 Ağ Evdən sərt mesaj: "Amerikalılar yalnız konkret məqsədlərlə döyüşə gedəcəklər"
"ABŞ Prezidenti Donald Trampın administrasiyası aydın olmayan məqsədlərlə xaricdə müddətsiz hərbi əməliyyatlara başlamaq niyyətində deyil". xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens TASS agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Trampın Yaxın Şərqə səfər
25.05.2025 92 Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?
Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Bunun məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırlır. Son günlərdə ölkəmizdə yağıntı miqdarının normadan dəfələrlə artı
25.05.2025 160 Dünya bu qadından danışır - Bir gündə 9 uşağı HƏLAK OLDU
Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasında çalışan fələstinli qadın həkim İsrailin hücumu nəticəsində 10 uşağından 9-nu itirib. xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş verdiyi yazılı açıqlamada, Nasser xəstəxanasınd
25.05.2025 417 Qızılın qiyməti 3 400 dollara ÇATDI
Əmtəə bazarlarında qızıl füçerslərinin qiyməti artıb. -ın xəbərinə görə, bu, "Bloomberg"in məlumatlarında əks olunub. Məlumata görə, Nyu-Yorkun "Comex" ticarət platformasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın bir trua unsiyası üzrə avqust füçerslərinin qiyməti 2.13% artara
25.05.2025 132 Zelenski: "ABŞ-nin susqunluğu Putini həvəsləndirir"
"ABŞ-nin susqunluğu, digər ölkələrin susqunluğu Rusiya Prezidenti Vladimir Putini ancaq həvəsləndirir". xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında Rusiyanın ölkə ərazisinə kütləvi dron və raket hücumlarını şərh edərkən yazıb. "Dünyada həftəson
25.05.2025 128