Qurbağa əti yemək günahdır? – İlahiyyatçıdan AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə qurbağa ətinin halal və ya haram olması ilə bağlı geniş müzakirələr gedir. Bəziləri bunun dinən qadağan olduğunu iddia edir, digərləri isə mədəni və zövq məsələsi olduğunu bildirir.
Bəs İslam bu məsələ barədə nə deyir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullah bildirib ki, son zamanlar sosial şəbəkələrdə qəribə heyvanlar, həşəratlar və müxtəlif tanınmamış meyvə-bitkilərin yeyilməsi ilə bağlı videoların sayı artmaqdadır:
"Bu görüntülər bir çox izləyicidə maraq doğurur: "Görəsən dadı necədir? Mən də sınayım" kimi fikirlər formalaşır. Bu marağı fürsət bilən bəzi biznes sahibləri də bu istiqamətdə fəaliyyətlərini genişləndirməyə başlayırlar.
Əslində, bu cür hallar başdan-ayağa qadağan sayılmır. Amma məsələni iki yönlü qiymətləndirmək lazımdır: bir tərəfdə həyatını İslam dəyərləri və dini prinsiplərlə uyğun şəkildə tənzimləyən insanlar var, digər tərəfdə isə bu kimi məsələləri önəmli hesab etməyənlər. Dini həssaslığa malik insanlar üçün nə yeyib-içdikləri və onun dini hökmlərə uyğun olub-olmaması ciddi əhəmiyyət daşıyır. Digərləri isə əsasən bu mövzuya neytral yanaşır".
İlahiyyatçı qeyd edib ki, bu kontekstdə gündəmə gələn məsələlərdən biri də qurbağa ətinin satışa çıxarılmasıdır:
"Açığı, bunun geniş şəkildə rəğbət qazanacağını düşünmürəm. Çünki qurbağa əti gündəlik istehlak edilən ət növləri – mal, qoyun və ya balıq əti kimi insanların mətbəxində yer alan bir qida deyil. Həm də bu yazının məqsədi qurbağa ətinin nə qədər populyar olub-olmaması deyil. Sual budur: Müsəlman bir şəxs qurbağa əti yeyə bilərmi?
Bu sual inanc məsələsindən çox fiqhi (hüquqi) xarakter daşıyır. Yəni İslam hüququnun detallarını əhatə edən mövzulardandır və bu səbəblə hədis kitablarında da bu barədə qeydlər mövcuddur. Fiqh alimləri qurbağa ətini halal qida sırasına daxil etməyiblər. Qurbağa özü murdar və ya nəcis sayılmasa da, onun öldürülməsi məkruh, yəni bəyənilməyən bir əməl kimi göstərilmişdir və yeyilməsi haram hesab olunur.
Qurani-Kərimdə Əbəsə surəsinin 24-cü ayəsində insanın yediyi qidaya diqqət yetirməsi tövsiyə olunur. Bu da göstərir ki, İslam mədəniyyətində qidalanma təkcə fiziki ehtiyacın ödənməsi deyil, mənəvi və ruhi baxımdan da önəmli təsirə malikdir. Odur ki, hər fərqli və qeyri-adi dada can atmazdan əvvəl insan "nə yeyirəm" sualını özünə verməlidir. Çünki yemək təkcə qarın doyuzdurmaq deyil".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 669 Tarix: 26 may 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
23.05.2025 605 Daha şanslı olmağın 10 praktik yolu
Hər kəs həyatında daha çox uğur və imkanlarla qarşılaşmaq istəyir. Şans isə bəzən təsadüf kimi görünsə də, əslində doğru vərdiş və yanaşmalarla artırıla bilər. BİG.AZ -a istinadən daha şanslı olmağın 10 praktik yolunu təqdim edir. Uğursuzluqdan qorxma. Onu bir dərs kimi qəbul et. Yeni şeylər sınamaqda
19.05.2025 423 Dahilərdən evlilik haqqında 10 sitat
Evlilik — sadəcə iki insanın birliyi deyil, həm də sevgi, kompromis və qarşılıqlı anlaşma sənətidir. Böyük düşünürlər, yazıçılar və filosoflar evliliyin mahiyyəti, insanı necə dəyişdirməsi və niyə evliliyin təkcə xoşbəxtlik deyil, həm də zəhmət olduğunu düşünmüşlər. Bu sitatlar evliliyə yeni bir dərinlikl
25.05.2025 323 Günəşdə 17 dəqiqə partlayış olub
Mayın 25-də Günəşdə ən yüksək güc sinfinə (X) aid partlayış qeydə alınıb. -ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Mayın 25-də Moskva vaxtı ilə saat 04:52-də (Bakı vaxtı ilə 05:52-də - red.) 4098 (S05W22) Günəş ləkələri qrupunda rentgen diapazonund
25.05.2025 212 Alimlər tarixin ən uzun miqrasiyasının sirrini açıqlayıblar
Sinqapurun Nanyanq Texnologiya Universitetinin alimləri digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Şimali Asiyadan Tierra del Fueqoya qədər 20 min km-dən çox məsafə qət edib ən qədim köçkünlərin marşrutunu yenidən qurublar. Bu miqrasiya bəşər tarixində məlum olan ən uzun miqrasiyadır. "Report"
18.05.2025 356 Zəngin insanların heç vaxt etmədiyi 10 HƏRƏKƏT
Aşağı gəlirli insanlar tez-tez maaşdan maaşa istədikləri kimi xərcləmək məcburiyyətində qalırlar. Yüksək gəlirləri olanlar isə pulları ilə strateji davranmağa və cəmiyyətin digər hissələrində norma hesab edilən müəyyən səhvlərdən qaçmağa meyllidirlər. xəbər verir ki, "Styler" layihəsi zəngi
20.05.2025 710 "Bakıda 100 min manata qəbir yeri SATILIR" - Deputat açıqladı
Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər. Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb. Bu bahalaşma nə ilə əlaqədardır?. BİG.AZ xəbər verir ki, deputat Ceyhun Məmmədo
24.05.2025 615 Pakistanlı qadın alpinist dünyanın 14 ən yüksək zirvəsindən on ikincisini fəth etdi
Pakistanlı alpinist Naila Kian Himalay silsiləsində yerləşən Kançencanqa zirvəsinə qalxaraq dünyanın 14 ən yüksək zirvəsindən 12-nə çıxan ilk pakistanlı qadın kimi tarixə düşüb. bu barədə DHA agentliyinə istinadən xəbər verib. Zirvədən enəndən sonra Naila Kian jurnalistlərə açıqlama verib. "Bu zirvən
25.05.2025 203 Bulvarda evlilik təklif edən gənci qız belə PƏRT ETDİ - VİDEO
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, İstanbul bulvarında gənc oğlan sevgilisi ilə birgə fotolar çəkdirib. Qızdan xəbərsiz əlindəki üzüklə poz verən bəy namizədi arzuolunmaz vəziyyətə düşüb. Çəkdirdikləri fotolara birgə baxan gənc qızın reaksiyası birmənalı qarşılanmayıb. Bel
24.05.2025 762