Elbrus Paşayev iki yüz minlik "Lexus"u hansı məqsədlərlə alır

Elbrus Paşayev iki yüz minlik "Lexus"u hansı məqsədlərlə alır"Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" publik hüquqi şəxsi "Lexus GX550" markalı avtomobilin satın alınması üzrə başladığı açıq tendrə yekun vurub. Birmənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi "LEXUS BAKI" MMC olub və tərəflər arasında 198.900 manat manat məbləğində müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 27.05.2025-ci ildə dərc edilib.

Elbrus Paşayev iki yüz minlik "Lexus"u hansı məqsədlərlə alırApardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanın avtomobil alqı-satqısı saytı Turbo.az-da yerləşdirilimiş elanda 0 km, 2024-cü il Lexus GX550 markalı avtomobilin qiyməti 128 000 ABŞ dollarınadır. Bəs maraqlıdır, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna belə bahalı bir avtomobilin alınmasına ehtiyac haradan yaranıb. Yaxud da belə bir bahalı avtomobilin alınmasına nə kimi zərurət olub?

Qeyd edək ki, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurumun tabeliyində yaradılan 5 publik hüquqi şəxsdən biridir.

Məlum Fərmandan sonra qurum "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu "Azdövsutəslayihə"nin və tabeliyindəki "Azərsu"yun "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna çevrilib. 2024-cü ilin may ayında isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu ("Azdövsutəslayihə") və "Azərsu" ASC-nin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

Xatırlatmaq istərdik ki,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda tək olan bu İnstituta artıq uzun illərdir ki, Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur. Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sabiq sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar. Buraya uzun müddətdir ki, hər il su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.

Hələ 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, "Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir."

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, "Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?"

Bəs dövlət tərəfindən verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz, faydasız olub. Çünki bölgələrdə su çatışmazlığının aradan qaldırılması, yeni su mənbələrinin axtarılması üçün ezam olunanların fəaliyyəti əslində formal bir şey olub. Amma Elbrus Paşayevin rəhbərlik etdiyi qurum hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar verib. Üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışılıb və İlham Əliyevin qeyd etdiyi kimi: "Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq." – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışıblar.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Amma görsənən odur ki, "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu"nun direktoru Elbrus Paşayev ölkə başçısının bu çağırışlarını qulaq ardı edərək iki yüz min manat civarında avtomobil alır. Həm də bunu Azərbaycanda su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsini yaxşılaşdırmağa yox, şəxsi rahatlığını təmin etmək üçün.

Aktualinfo.org


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 641   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

HUAWEI WATCH FIT 4 VƏ HUAWEI WATCH FIT 4 PRO: SİZİNLƏ BİRLİKDƏ NƏFƏS ALAN STİL FƏRDİLİYİ QEYD EDƏN DİZAYN

Bu gün ağıllı saatlar təkcə funksional cihaz deyil, həm də şəxsi tərzin güclü ifadəsidir. HUAWEI bunu çox gözəl anlayır, buna görə də WATCH FIT 4 seriyası həm texnoloji, həm də estetik gözləntiləri nəzərə alaraq yaradılıb. Əsas model WATCH FIT 4 ultranazik (9,5 mm) korpusa malikdir və cəmi 27 qram çəkidədi

02.06.2025 211
.

50 yaşlı Pınar Altuğ podyumda görünüşü ilə diqqət çəkdi

Türkiyəli aktrisa və model Pınar Altuğ 50 yaşında olmasına baxmayaraq fit bədən quruluşu və cazibədar görünüşü ilə podyumda maraq mərkəzinə çevrilib. xəbər verir ki, Türk mediasında yayılan məlumatlara görə, aktrisanın dərin yarıqlı paltarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilə

02.06.2025 593
.

Ülviyyədən Murada təbrik videosu

Aktrisa Ülviyyə Xəlinbəyova ayrıldığı həyat yoldaşı Murad İsmayılla bağlı paylaşım edib. OLAY yazır ki, Ülviyyə Muradın ad günü münasibətilə təbrik videosu paylaşıb. Kadrlarda isə cütlüyün iki oğlunun atalarına təbriki yer alıb

10:49 279
.

Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər - FAKTLAR

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi şantaj etməkdə ittiham olunan rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Babayevin cinayət işinə baxılıb. Teleqraf-a istinadən xəbər verir ki, Elçin 15 sentyabr 2023-cü ildə, saat 08.00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktorun

11:54 144
.

Mingəçevirdə iki məktəblini maşın vurdu - Foto

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub. "Qafqazinfo"nun xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "KİA" markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və onun həmyaşıd

02.06.2025 459
.

"Oğluma deyiblər ki, anandan pul götür gəl"

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. BİG.AZ " "a istinadən xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. "Nə dərəcədə sırtlıq baş alıb gedir. Övladım məhləyə düşəndə o qədər tərbiyəsiz uşaqlar olur orada. 10-12 yaşlı yeniyetmələrdir. Oğlumun isə 9 yaşı var

02.06.2025 530
.

"Nəsimi bazarı"nın yerində yanğın

Bakının Nəsimi rayonunda, keçmiş "Nəsimi bazarı"nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -ə bildirilib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər görülür. Görüntüləri buradan izləyin

02.06.2025 380
.

Məscidin həyətindən 10 günlük körpə tapıldı

Türkiyənin Konya vilayətində ürək ağrıdan hadisə baş verib. Bir məscidin həyətində 10 günlük körpə tapılıb. türk mediasına istinadən xəbər verir ki, ərazidə olan sakinlər körpəni dərhal xəstəxanaya çatdırıblar. Həkim müayinəsindən sonra körpənin səhhətində hər hansı bir problemin olmadığı müəyyən edilib

11:47 115
.

Məşhur modelin fotoları YAYILDI

Türkiyənin məşhur modeli Şevval Şahinin fotolarını paylaşıb. bu fotoları sizə təqdim edir

02.06.2025 466
.

TOP MP3
OSZAR »