Azərbaycanda selektiv abortların sayı artır: Gündə 200 uşaq cinsiyyətə görə tələf edilir
Abortların ümumi sayında kəskin artım müşahidə olunur və bu, artıq həyəcan təbili çalmağa əsas verir. Ötən il Azərbaycanda 78 min 245 abort qeydə alınıb. Rəsmi məlumatlara görə, bu abortların əksəriyyəti selektiv abortlar — yəni cinsiyyətə görə edilən hamiləlik sonlandırmalarıdır. Rəqəmlər göstərir ki, hər gün təxminən 200 uşaq selektiv abort nəticəsində həyatla vidalaşır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan mama-ginekoloq Rəşad Sultanov bildirib ki, bu göstərici olduqca narahatedici və ağlasığmazdır:
"Gündə 200 selektiv abort çox böyük rəqəmdir. Mən inanmaq istəmirəm ki, hər gün bu qədər uşaq yalnız cinsiyyətinə görə tələf edilir. Abort – ailə planlaması səbəbilə hamiləliyin sonlandırılmasıdır. Məsələn, bir qadın nikahda deyil və hamilədir, ya da artıq 3-4 uşağı var və növbəti hamiləliyi istəmir. Bu, bizim – Həkimlərin xoşlamadığı bir hal olsa da, tibbi müdaxilə edirik. Amma bu proses risklidir. Azərbaycanda abort qanunla yalnız 12-ci həftəyə qədər icra oluna bilər".
Rəşad Sultanov selektiv abort anlayışını ayrıca vurğulayaraq qeyd edib:
"Selektiv abort tamamilə fərqli bir anlayışdır. Ailəsində 1-2 qız övladı olan analar, sadəcə qız istəmədikləri üçün hamiləliyə son verirlər. Bu isə nəticədə qız və oğlan nisbətində ciddi bərabərsizliyə gətirib çıxarır. Bu hal insanın intellektual səviyyəsinin, dünya görüşünün nə qədər aşağı olduğunu göstərir. Eyni zamanda cəmiyyətin əsas problemlərdən nə qədər uzaq olduğunu ortaya qoyur. Əgər selektiv abortların sayı bu qədər yüksəkdirsə, bu, sosial-psixoloji baxımdan yolverilməz və arzuolunmaz bir haldır".
Həkim bildirib ki, uşağın cinsiyyəti yalnız 12-ci həftədən sonra məlum olur. Bu isə o deməkdir ki, selektiv abortların çoxu qanunsuz şəkildə həyata keçirilir:
"Əgər gündə 200 selektiv abort edilirsə, bu, gündə 200 dəfə qanun pozulur deməkdir. Bu məsələ yalnız həkimlərin deyil, hüquq-mühafizə orqanlarının da diqqətində olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 453 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxı və Xızıda zəlzələ oldu (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyi Şamaxı və Xızıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb. Nazirlikdən BİG.AZ-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. 16.28. Şamaxı rayonu ərazisində 3,7 maqnitudal
05.06.2025 514 Sabahdan Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur
05.06.2025 522 Bakıda insanları ən çox öldürən ilk üç xəstəlik
Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb. saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir. Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sistemini
15:43 49 Nənəsini və anasını öldürüb sənədləri yandırdı
Krımda kişi anasını və nənəsini öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Yalta şəhərində baş verib. 34 yaşlı şəhər sakini sərxoş vəziyyətdə anasına və nənəsinə bir neçə bıçaq zərbəsi vurub, nəticədə onlar ölüblər. Onların pullarını və telefonlarını götürüb, sim kartlarını sındırıb və sənədlərin
05.06.2025 332 Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs və sürücü saxlanıldılar
Şəkidə həyat yoldaşını qətlə yetirməktdə təqsirləndirilən şəxs, eləcə də onun qaçdığı avtomobilin sürücüsü saxlanılıblar. -ın məlumatına görə, keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Həmid Nazim oğlu Əliyevin yeri müəyyən edilib, o
11:18 258 Atası da eyni xəstəlikdən ölən Cənnətin yardıma ehtiyacı var
Balaca Cənnətin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə -a onun anası Zəminə Məlikova məlumat verib. O bildirib ki, övladının müalicəyə ehtiyacı var. "Cənnətin səkkiz yaşı var. O, qarnındakı yırtığa görə ötən il sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olunub. Son aylard
11:51 220 Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)
I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçid ballı ixtisasların siyahısı ( xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) təqdim edilib. -ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümum
14:11 155 QMİ sədri: "İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır"
"İrəvan qazılığı yaradılmayıb, bərpa edilib. O ərazilər bizim əbədi torpaqlarımızdır. İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır". xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükü
10:13 155 Ticarət mərkəzlərinə məxsus yeraltı dayanacaqlarda QİYMƏTLƏR ARTDI
Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb. xəbər verir ki, "28 Mall" ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinq haqqı bir manatdan iki manata qaldırılıb. Eyni qiymət artımının "Gənclik Mall" ticarət mərkəzinə və digər ticarət mərkəzlərin
13:29 135