Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olubİyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İran prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.

Prezident İlham Əliyev də öz növbəsində İran prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.

Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.

Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 291   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yanlış diaqnoza görə həkim hansı məsuliyyət daşıyır? – Vəkildən AÇIQLAMA

Yanlış diaqnoz, yanlış müalicə və yanlış dərman preparatlarının istifadəsi deməkdir. Xəstənin özündə olan həqiqi xəstəliyin əlamətlərinə düzgün qiymət verilməməsi qoyulmayan və ya qaçırılmış diaqnoz kimi də nəzərə alınır. Son günlər bəzi həkimlərin tibbi səhvlərə yol verdikləri barədə kifayət qədər məlumatlar

12.06.2025 357
.

ABŞ-yə köçən aktrisa medianı ittiham etdi

"Hayat Devam Ediyor" serialı ilə məşhurlaşan türkiyəli aktrisa Meltem Miraloğlu son vaxtlar seriallardan təklif almadığı üçün ölkəni tərk edərək ABŞ-yə köçüb. xarici mediaya istinadən xəbər verir ki, aktrisanın son günlərdə paylaşdığı video sosial şəbəkələrdə geniş rezonans doğurub. Melte

12.06.2025 491
.

Azərbaycan-Türkiyə dostluğunda yeni səhifə

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin iradəsi, qətiyyəti ilə 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məhz 2021-ci ilin 15 iyun tarixi iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında Şuşa şəhərində müttəfiqlik münasibətlər

12.06.2025 248
.

Prezident Şahin Mustafayevlə bağlı sərəncam imzaladı

Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub

12.06.2025 315
.

Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar

Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri İsrailin ehtimal edilən uzaqdan idarə olunan raket zərbəsi nəticəsində Tehrandakı şəxsi evində öldürülüb. İlkin mərhələdə İran hakimiyyəti xəbəri təkzib etsə də, SEPAH-ın daxili kanalları və regional diplomati

10:17 147
.

Aktyorlardan prezidentə etiraz – Səhnəyə çıxmaqdan imtina etdilər

ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Vaşinqtondakı Kennedi Mərkəzində səhnələşdirilən "Les Misérables" (Səfillər) musiqili tamaşasına qatılıblar. xarici mediaya istinadən xəbər verir ki, Trampın tədbirdə iştirak edəcəyini öyrənən bəzi aktyorlar səhnəyə çıxmaqdan imtina ediblər

12.06.2025 291
.

"Təzə Bazar"da antisanitariya: Qanunsuz yağ istehsal olunub satılır

Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus "Təzə Bazar"da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. XALQ məlumat verir ki,baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarını

12.06.2025 290
.

Uşaqlar nə vaxt danışmağa başlamalıdır? - Valideynləri narahat edən MƏQAMLAR

Uşaqların danışmağa başlaması beyin inkişafı, eşitmə, ətraf mühitlə ünsiyyət və ailə ilə qarşılıqlı münasibətlər kimi bir çox amillərlə bağlıdır. -in məlumatına görə, bu inkişaf həm oğlan, həm də qız uşaqlarında bənzər olsa da, bəzən qızlar oğlanlara nisbətən bir qədər tez danışmağa başlaya bilər. Laki

11.06.2025 530
.

Əfsanəvi aktyor Kadir İnanırın səhhəti yenidən pisləşdi

Yeşilçamın əfsanəvi aktyoru, 76 yaşlı Kadir İnanırın səhhətinin yenidən ağırlaşdığı bildirilib. türk mediasına istinadən xəbər verir ki, insult keçirən sənətçi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Son məlumatlara əsasən, aktyorun vəziyyətinin normallaşdığı qeyd olunub. [hh4-unikal]

12.06.2025 210
.

TOP MP3
OSZAR »