15 İyun – Xalqımızın Milli Qurtuluş Günü

15 İyun – Xalqımızın Milli Qurtuluş GünüAzərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında qurtuluş tarixinin böyük əhəmiyyəti var. Bu tarix Ümummilli lider Heydər Əliyevin vətənə, millətə, xalqına olan sevgisinin təzahürüdür.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyə mane olmağa çalışan müxtəlif dairələr, qüvvələr mövcud idi. Bu yenicə müstəqilliyi əldə etmiş Azərbaycan üçün böyük təhlukə idi. Bu təhlükəni yaradanlar həm ölkə daxilində, həm də ölkədən xaricdə yerləşən, Azərbaycanı daim işğal etməyə can atan qüvvələrdir. Ermənistan qonşu ölkə olsa da, daim Azərbaycana təcavüz etmiş, işğal etməyə çalışmışdır. Həmin dövrlərdə ölkəmizin müstəqilliyini itirməsi üçün təhlükəli şərait yaranmışdır. Eyni zamanda ölkə daxilində baş verən hərc-mərclik, siyasi dairələrdə daxili çəkişmələr yaranmış vəziyyəti daha da təhlukəli hala gətirmişdir. Belə ki, ölkə daxilində vətəndaş müharibəsinin baş tutmasına zəmin yaratmışdır.
Ölkəmizin siyasi dairələrində AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Həmin dövrdə artıq Ermənistan ölkəmizin bəzi ərazilərini işğal etmiş, xalqımızı yurdundan etmiş və zülmə məruz qoymuşdur. Dövlət rəhbərləri bu işğalın qarşısını almaqda nəinki aciz qalmış, əksinə daha çox parçalanmasına şərait yaratmışdırlar.
Azərbaycan tarixində 1991-1993-cü illər ölkəmizin öz mövcudluğunu, müstəqilliyini qoruması uğrunda əsil mübarizə dövrü olmuşdur. Belə ki, dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillərölkəmizdə yaşanmışdır. Beləliklə, yaranmış vəziyyətdən tək çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Bunun reallaşmasını istəyən məhz Azərbaycan xalqı idi. Bütün bu baş verənlərin, xalqın istəyinin qarşısında dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və siyasi dairələrin dəvəti ilə Bakıya gəldi.Ulu Öndərin Bakıya gəlişi dövlətimizi, ölkəmizin, varlığı, müstəqilliyi, xalqımızın həyatı üçün sözün əsil mənasında qurtuluş oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan edilməsi ilə bağlı qərar vermişdir. Bu tarix öz əhəmiyyətinə, tarixiliyinə görə xalqımız və dövlətimiz üçün əhəmiyyətli bir gündür.
Heydər Əliyev ölkənin ictimai-siyasi, iqtisadi həyatında öz uzaqgörənliyi, bacarığı, savadı, dünyagörüşü və ən əsası vətənə olan sevgisi ilə dönüş nöqtəsi yaratdı və dövlətin mövcudluğunda, inkişafında köklü dəyişikliklərə imza atmış oldu. Belə ki, Heydər Əliyev Bakıya gəlməklə ölkəmizdə baş verən qarışıqlıqların, xaosun, parçalanmanın qarşısını almaq üçün mühüm addımlar atdı. Ümummilli lider dəqiq atılmış addımlarla, verdiyi qəti qərarları ilə siyasi sabitliyin bərpasın, ölkədə baş verə biləcək vətəndaş müharibəsinin qarşını almağa nail oldu.Təbii ki, bütün bunları öz canı bahasına vətəninə olan sədaqətinin, xalqına, millətinə olan sevgisinin təcəssümüdür.
Dahi lider Heydər Əliyev Ermənistanın ölkəmizə olan təcavüzün qarşısını almağa da nail olmuş şəxsiyyətdir. Və nəticədə 1994-cü ildə iki ölkə arasında atəşkəs elan edilmişdir. Bu, ölkənin varlığını qoruması, inkişafı üçün əldə edilmiş mühüm nailiyyətlərdən biridir.
Beləliklə, Ulu Öndərin 1993-2003-cü illərdə hakimiyyəti dövründə ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə mühüm addımlar atılmışdır. Heydər Əliyevin tək amalı ölkənin müstəqilliyini qorumaq və işğalda olan torpaqları azad edərək suverenliyimizi bərpa etməkdir.
Bu gün Heydər Əliyevin bünövrəsini qoyduğu Azərbaycanın inkişafı, tanınması, dünyada söz sahibinə malik olması Prezident İlham Əliyevin səyləri ilə daha da sürətlənmiş, hətta uğurlu siyasi qərarlar nəticəsində İkinci Qarabağ Müharibəsi nəticəsində işğalda olan torpaqlarımız azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmiş və bu gün ölkəmizin bütün bölgələrində Azərbaycan bayrağı qürurla dalğalandırılır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 354   Tarix: 09 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib. "Report"un Türkiyə bürosu xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsind

22.06.2025 179
.

Pezeşkian: "İran nüvə proqramından əl çəkmədən dialoqa hazırdır"

"İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoq aparmağa hazırdır, lakin bu proqramdan tamamilə imtina etmək niyyətində deyil". TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib

22.06.2025 160
.

XİN: Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib. Bu barədə BİG.AZ-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib

22.06.2025 125
.

Marko Rubio: İran ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib

İran hakimiyyəti ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib. "Report" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Bizim indi etmək istədiyimiz şey İranın heç vaxt nüvə silahına malik olmamasın

22.06.2025 124
.

Rəsmi Tehran: Tramp təkcə İranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanət edib

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana zərbələr endirmək qərarı təkcə Tehranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanətdir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda mətbuat konfransında çıxışı zamanı deyib. "ABŞ Prezident

22.06.2025 204
.

Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb

İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib

22.06.2025 122
.

İrandan Xameneiyə qarşı addımla bağlı xəbərdarlıq: "Cavabımız məhdudiyyətsiz olacaq"

"İranın Ali Rəhbəri Əli Xameneiyə qarşı hər hansı bir addım istənilən razılaşma üçün qapıları bağlayacaq". xəbər verir ki, bunu İranın yüksəkvəzifəli məmur "Reuters" agentliyinə deyib. Onun sözlərinə görə, Tehran üçün belə bir addım bütün qırmızı xətlərin keçilməsi anlamına gələcə

22.06.2025 197
.

İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib

21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası öz işini başa vurub. Bu barədə BİG.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, sessiyanın yekunlarına dair "İstanbul Bəyannaməsi"

22.06.2025 138
.

Qazaxıstanda təyyarə qəzası: Ölənlər var

Qazaxıstanın paytaxtı Astana yaxınlığında TL-200 yüngülmühərrikli təyyarəsi qəzaya uğrayıb. "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb. İlkin məlumatlara görə, təyyarədə iki ekipaj üzvü olub və hər ikisi ölüb. Nazirlik təyyarənin şəxsi mülkiyyətçiy

22.06.2025 191
.

TOP MP3
OSZAR »