7 dəfə ildırım vurmuş adam: Roy Sullivanın inanılmaz hekayəsi

7 dəfə ildırım vurmuş adam: Roy Sullivanın inanılmaz hekayəsiRoy Sullivan – yeddi ildırım zərbəsindən sağ çıxaraq Ginnesin Rekordlar Kitabına düşən insan.

Onun hekayəsi inanılmaz şansın və faciəvi ehtiyatsızlığın paradoksudur. O, adətən heç bir şans qoymayan təbiət qüvvəsinə qarşı necə dayana bildi?

Lent.az Roy Sullivan haqqında məlumatı təqdim edir.

Təbiəti cəlb edən insan

Roy Sullivan ilk dəfə 1942-ci ilin aprelində ildırımın zərbəsinə məruz qaldı. O zaman ABŞ-ın Virciniya ştatındakı Şenandoa Milli Parkında meşə nəzarətçisi kimi işləyirdi. Fırtına zamanı keşikçi qülləsində olarkən ildırım qülləni alova bürüdü. Roy qurtulmağa çalışarkən ildırım onun ayağına dəyir. Nəticədə bir ayaq barmağının dırnağını itirir və dərindən yanıq xəsarətləri alır.

Bu hadisə təsadüf sayıla bilərdi, lakin tale Roy üçün daha altı "görüş" hazırlamışdı...

İnanılmaz hadisələr silsiləsi

İlk hadisədən sonra tam 27 il keçmişdi ki, 1969-cu ilin iyulunda ildırım yenidən Roy-a dəyir – bu dəfə yük maşınının içində. O, qaşlarının yanması ilə canını qurtarır. 1970-ci ildə öz bağında ildırım onun çiyinlərini zədələyir. 1972-ci ildəki zərbə Roy-un bütün saçlarını tökür. Beşinci ildırım da onu yenidən saçsız qoyur – bu dəfə o, avtomobilin içində idi.

Ailəvi anomaliya?

Maraqlıdır ki, Roy-un həyat yoldaşı da ildırımın hədəfinə çevrilmişdi. Paltarı həyətə sərərkən ildırım ona dəyir, lakin bu dəfə Roy heç bir xəsarət almır.

Son sınaqlar

Altıncı ildırım zərbəsi Roy bağda gəzərkən baş verir, yeddincisi isə balıq tutarkən. Bu hadisədən sonra sanki ildırımlar onu artıq rahat buraxır.

Statistikaya əsasən, 80 il ərzində bir insanın ildırıma tuş gəlmək ehtimalı 1/10 000-dir.
Amma Roy Sullivan, "parıldayan reyncer" ləqəbini qazanan bu adam yeddi dəfə bu təhlükədən sağ çıxmışdı.

Talehin ironiyası

Təbiətin gücünə qarşı bu heyrətamiz dözümlülüyə baxmayaraq, Roy-un həyatı acınacaqlı sonluqla bitdi. 1983-cü ildə, 71 yaşında, şəxsi problemlər səbəbilə intihar etdi. Onun adı tarixdə təbiətə meydan oxuyan insan kimi qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 299   Tarix: 09 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan ostanında İsrailin aviazərbələri nəticəsində azı 30 əsgər və Qızıl Aypara cəmiyyətinin bir işçisi ölüb. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru məlumat verib. Qeyd olunub ki, daha 55 nəfər xəsarət alıb. Bunda

14.06.2025 186
.

Xamenei İsrailə hücumdan bir saat əvvəl iclas keçirib

İranın Ali Rəhbəri Seyid Əli Xamenei iyunun 13-də Milli Təhlükəsizlik üzrə Ali Şuranın keçirdiyi iclasında İsrailə qarşı cavab əməliyyatına başlamaq qərarı qəbul edib. Bu barədə "Tasnim" agentliyinə istinadla xəbər verir. Bildirilir ki, sözügedən iclas İranın İsrailə cavab hücumunun ilk mərhələsin

14.06.2025 145
.

Hikmət Hacıyev: "Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz

14.06.2025 101
.

Bakıda vətəndaşa qarşı gecə saatlarında fiziki zor tədbiq etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Report" xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb

14.06.2025 136
.

Yeni COVID-19 ştammı sürətlə yayılır

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeni COVID-19 variantı olan NB.1.8.1-in sürətlə yayılmağa başladığını açıqlayıb. Qurumun son proqnozuna görə bu variant yaxın günlərdə ABŞ-də qeydə alınan yoluxmaların 37 faizini təşkil edə bilər. Ştammın yüksək yoluxduruculuğa malik olduğ

14.06.2025 155
.

Yeniyetmə Lənkəranda dənizdə boğuldu

Lənkəran rayonunda yeniyetmə dənizdə boğulub. xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində qeydə alınıb. Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub. Daha sonra batan yeniyetmənin meyiti sudan çıxarılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılı

14.06.2025 92
.

Hindistanda "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıb

Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəza yerində 270 nəfərin meyiti aşkarlanıb. Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir. Aviaqəzanın səbəbləri ilə bağlı qeyd olunur ki, hazırda he

14.06.2025 136
.

İranın bütün aeroportlarında reyslər ləğv edilib

İsrailin zərbələrindən sonra İranın bütün aeroportlarında reyslər ləğv edilib. -ın IRIB-ə istinadla verdiyi məlumata görə, bu barədə İranın hava limanları və aeronaviqasiya operatoru şirkətindən bildirilib. "İran mülki aviasiya təşkilatının bildirişinə əsasən, ölkənin bütün hava limanlarında reysləri

14.06.2025 153
.

Bakıda DƏHŞƏTLİ QƏZA: Piyada avtobusun ALTINDA QALDI - ANBAAN GÖRÜNTÜLƏR

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat yayıb. Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-3

14.06.2025 251
.

TOP MP3
OSZAR »