Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA
Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.
Azərbaycanda isə hazırda hərbi xidmət yalnız kişilər üçün məcburidir. Qadınlar isə yalnız könüllülük əsasında, əsasən tibbi və ya arxa cəbhə üzrə sahələrdə xidmət edə bilirlər. Lakin bu sahədə dəyişikliklərin mümkünlüyü zaman-zaman ictimai müzakirələrə səbəb olur.
Maraqlıdır, nə vaxtsa qadınlar da ordu sıralarımıza qoşula bilərmi?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "konkret.az"a açıqlamasında bildirib ki, qadınların hərbi xidmətə cəlb olunması həm Konstitusiyada təsbit edilmiş bərabərlik prinsipinə, həm də mövcud çağırışlara uyğun bir addım ola bilər.
"Əminəm ki, qadınların hərbi xidmətə cəlb olunması bir müddət sonra mütləq şəkildə gündəmə gələcək. Dünyanın bir sıra ölkələrində qadınlar kişilərlə bərabər şəkildə hərbi xidmət keçirlər. Bəzi ölkələrdə bu proses hətta məcburi xarakter daşıyır", – deyə o, qeyd edib.
O, bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrində qadınların da aktiv iştirak etdiyi müşahidə olunur.
Onlar qərargahlarda, rabitə və tibb sahələrində, eləcə də komanda hərbi hissələrində xidmət göstərirlər.
Qadınların hərbi xidmət keçməsi ilə bağlı keçmiş təcrübəyə də toxunan ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınların da ordu sıralarına qoşulması ənənəsi mövcud olub. Lakin sonradan bəzi neqativ halların yaşanması və mətbuatda bu barədə yazıların dərc olunması ilə bu prosesin dayandırılması qərara alınıb.
"Hazırda da Silahlı Qüvvələrdə qadınlar fəaliyyət göstərirlər. Onlar müddətdən artıq xidmət edən hərbi qulluqçular, eləcə də zabit heyətinin üzvləri kimi ordu sıralarında yer alırlar. Əminəm ki, gələcəkdə qadınlar ali hərbi məktəblərə, hərbi institutlara qəbul olunacaq və onlar da kişilərlə bərabər şəkildə hərbi xidmət keçəcəklər," – deyə ekspert vurğulayıb.
Ü.Cəfərov əlavə edib ki, problemin həll yolu qadınların orduya qəbuluna maneə yaratmaq deyil, neqativ halların baş verməməsi üçün mövcud nöqsanların aradan qaldırılmasıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2180 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Ukraynaya daha 1200 əsgərin meyitini təhvil verib
Rusiya İstanbul razılaşmaları çərçivəsində həlak olmuş Ukrayna Silahlı Qüvvələrinin 1200 əsgərinin meyitini Ukraynaya təhvil verib. "Report" xəbər verir ki, bu barədə "TASS"a Rusiyanın danışıqlar qrupundakı mənbə bildirib. Rusiya İstanbul razılaşmalarını icra etməyə davam edir. B
15.06.2025 273 Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni sədr seçildi - FOTO
Bakının "Badamdar Biznes & Residence Complex"in zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin müxtəlif bölgələrindən seçilmiş 510 nümayəndə və təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib. xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlə
15.06.2025 189 Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Bu barədə "Report"a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3,1, dərinliyi 20 km olub. Yeraltı təkan yerli vaxtla 10:32-də qeydə alınıb
11:34 201 "Son zəng"ə elə geyimdə gəldi ki, görənlər gözlərinə İNANMADI - VİDEO
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, baş tutan "Son zəng" tədbirlərinin birində məzunun geyim tərzi görənləri mat qoyub. Dərin yarıqlarla qara libasda məktəbə gələn qız geniş müzakirələrə səbəb olub. Görüntünün Rusiyada qeydə alındığı ehtimal olunur
12:50 564 KİV: İran üçüncü tərəflərin vasitəçiliyi ilə Vaşinqtona müraciət etməyə çalışır
Tehran İsrailin zərbələrini dayandırmaq üçün üçüncü tərəflərin vasitəçiliyi ilə Vaşinqtona müraciət etməyə çalışır. "Report" xəbər verir ki, bu barədə bazar günü "The Jerusalem Post" öz mənbələrinə istinadən məlumat yayıb. "İran Oman və Qətər vasitəsilə Vaşinqtondan İsraili
15.06.2025 277 Zaqatalada qəzada yaralanan sürücü xəstəxanada ölüb
Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib. xəbər verir ki, hadisə iyunun 14-də saat 17 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb. Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü
15.06.2025 244 Türkiyədə iki hava şarı yerə çırpılıb: Bir pilot ölüb, 31 turist yaralanıb
Türkiyənin Aksaray vilayətində havaya qalxmış iki hava şarı güclü külək səbəbindən sərt eniş edərək yerə çırpılıb. bu barədə "Anadolu" agentliyinə istinadla xəbər verir. Aksaray valisi Mehmet Ali Kumbuzoğlunun sözlərinə görə, hava şarları Ihlara Vadisindən havaya qalxıblar və onlardan bir
15.06.2025 226 İlon Maskdan İrana qarşı həmlə
Amerikalı sahibkar İlon Mask iyunun 14-də İran üzərində "Starlink" sisteminin işə salındığını elan edib. xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. "Şüa siqnalları qoşulub", - deyə o bildirib. Mask bu şərhi ondan İran vətəndaşları üçün "Starlink"
15.06.2025 458 Ukrayna Azərbaycanla akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Ukrayna Azərbaycanla təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlıdır. "Report"un xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda Ukrayna ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib. O, həmçinin bildirib ki, azərbaycanlı tələbələrin Ukraynad
15.06.2025 240