Rekordlar kitabına düşdü: Ölümündən 8 saat sonra dirildi
Tibbi salnamələrində və Ginnesin Rekordlar Kitabında insan dözümünün hədlərini alt-üst edən inanılmaz bir hadisə qeydə alınıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 2017-ci il avqustun 26-da İtaliyanın sərt Dolomit Alplarında baş vermiş hadisədən gedir. Hadisənin qəhrəmanı isə 31 yaşlı alpinist Roberto Çikkonne olub:
Marmolada zirvəsinə çətin bir yüksəliş zamanı Roberto ağır hava şəraitinə düşüb. Havanın temperaturu kəskin şəkildə sıfır dərəcəyə enib. Şiddətli hipotermiya (bədənin soyuması) nəticəsində alpinist huşunu itirib və ölüm təhlükəsi ilə üz-üzə qalıb. Xilasedici əməliyyat dərhal başladılıb. Roberto vertolyot vasitəsilə dağdan təxliyə olunub. Ən mühüm və şokedici fakt tibbi heyət tərəfindən vertolyotda axşam saat 19:48-də qeydə alınıb.Robertonun nəbzi tamamilə dayanıb. Həkimlər ürək dayanması diaqnozu qoyublar bu, ürəyin qanı bədənə effektiv şəkildə pompalaya bilmədiyi ağır bir vəziyyətdir.
Vacib məqam ondan ibarət idi ki, bu, adi ürək dayanması deyil, hipotermik ürək dayanması idi. Bu fərq vəziyyətin gedişatını tamamilə dəyişirdi. Bundan sonra isə misli görünməmiş bir tibbi zamanla yarış başlayıb. Adətən reanimasiya standartlarına görə (20-30 dəqiqə uğursuz müdaxilədən sonra ölüm elan olunur), lakin həkimlər bütün qaydalara rəğmən, Robertonun həyatını xilas etmək üçün intensiv cəhdləri dayandırmayıblar.
Alpinistin ürəyi tam 8 saat 42 dəqiqə ərzində tamamilə fəaliyyət göstərməyib. Nəhayət, yalnız ertəsi gün səhər saat 4:30-da həkimlərin çox saatlıq fədakar səyləri nəticəsində ürəyin fəaliyyəti bərpa olunub. Bu müddətdə fasiləsiz ürək-ağciyər reanimasiyası (ÜAR) və ən müasir texnologiya olan ekstrakorporal membran oksigenasiyası (ECMO) tətbiq olunub.
ECMO həyati əhəmiyyət daşıyıb. O, müvəqqəti olaraq ürək və ağciyərin funksiyalarını öz üzərinə götürərək qana oksigen ötürüb və bədənin qan dövranını təmin edib. Bu, bədənin isidilməsindən sonra ürəyin yenidən fəaliyyətə başlamasına imkan verib.
Roberto Çikkonnenin hekayəsi yalnız Ginnesin Rekordlar Kitabındakı adi bir rekord deyil. Bu, ekstremal şəraitdə insan orqanizminin inanılmaz ehtiyat imkanlarının və müasir tibbin zəfərinin bariz sübutudur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 244 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan keçirin. Təəccüblü görünsə də, adi bir metal mətbəx süzgəci problemin həllinə çevrilə bilər. Texnoloji həll təklif edən mütəxəssislər bildirirlə
08.06.2025 685 Siqaret çəkən yeniyetmənin valideyni nə etməlidir?
"Yeniyetmə yaşlarında siqaret çəkmək uşağın daxili prosesləri, sərbəstliyə can atması və təzyiqə qarşı etirazı ilə bağlıdır. Buna görə də valideynin vəzifəsi təkcə siqareti övladının əlindən almaq deyil, həm də onun siqaretə qurşanmasının arxasında nəyin dayandığını anlamaqdır". xəbər veri
15.06.2025 334 Bəyin "hamilə" sevgilisi toya HÜCÜM ÇƏKDİ: gəlin həyatının şokunu yaşadı - VİDEO
Sosial şəbəkələrdə yayılan video insanların diqqətini çəkib. xəbər verir ki, Türkiyədə keçirilən toy mərasimlərinin birində bəylə gəlin həyatının şokunu yaşayıblar. Belə ki, məclisin ortasında "hamilə" qadın gələrək aləmi-birinə qatıb. Bəyin sevgilisi olduğunu iddia edən xanım qonaqların təəccübl
14.06.2025 329 Rəqibləri Şoka Salan Çin Maşını - Changan Qiyuan Q05 icmalı Texnobro
Avtomobil dünyasının ən maraqlı yeniliklərini, texnologiyada son trend olan modelləri təqdim edən Texnobro Bu dəfə qarşınızda rəqiblərini sözün əsl mənasında şoka salan bir Çin avtomobili var – Changan Qiyuan Q05. Həm dizaynı, həm funksionallığı, həm də qiymət-performans nisbəti ilə bazarda fərq yaratmağ
09.06.2025 563 Ən uğurlu insanlar bu tarixlərdə doğulur
Doğum günü həyatın gedişatını müəyyənləşdirir. Bu, bir insanın xarakterini, istedadlarını və hətta maddi rifaha nail olmaq imkanlarını göstərə bilər. BİG.AZ-ın -a istinadən xəbərinə görə, numeroloqlar doğum gününün sahibinin maddi uğur və sərvət qazanacağını göstərən altı tarixi aşıqlayıblar. Ayın 1-
09.06.2025 741 Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət
Gündəlik olaraq eyni insanlarla vaxt keçirdiyiniz zaman onların davranışlarındakı ən kiçik dəyişiklikləri belə hiss etmək mümkündür. Bəzən incə, bəzən isə açıq şəkildə görünən bu dəyişikliklər müdirinizin sizi işdən çıxarmağı planlaşdırdığını göstərə bilər. Bir gün uğurlarınızı qeyd edən rəhbər növbət
10.06.2025 480 8 dəqiqə ölmüşdü - elə şeylər danışdı ki...
33 yaşlı amerikalı Brianna Laferti səkkiz dəqiqə ərzində öldüyünə inanır. O hesab edir ki, bu təcrübə ona bir sıra vacib məsələləri dərk etməyə kömək edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Jurnalistlər qadının uzun müddət ağır nevroloji xəstəliklə mübariz
08.06.2025 405 Dezodorantdan düzgün istifadə qaydası - hamının etdiyi 2 əsas səhv
Dezodorant artıq çoxdandır ki, gündəlik şəxsi gigiyena rutininin bir hissəsinə çevrilib. Lakin siz heç düşünmüsünüzmü ki, ondan doğru istifadə etmirsiniz? Ekspertlər deyir ki, iki yayğın səhv onun təsirini iki dəfə azalda bilər. bu səhvləri sizə təqdim edir:. 1. Səhv: Dezodorantı çox miqdarda çəkmək
15.06.2025 213 Həyatda təhlükədən xəbərdar edən 5 YUXU
Məşhur inanclar deyir ki, ölən bir qohumu yuxuda gördüyünüz zaman bu, mümkün təhlükənin xəbərdaredici əlaməti ola bilər. BİG.AZ digər yuxuların hansı çətinliklərdən xəbər verə biləcəyini təqdim edir. Artıq qeyd edildiyi kimi, ölən bir qohum və ya tanışı yuxuda görmüsünüzsə, bu həyəcan verici bir əlamə
14.06.2025 240