Gənclərdə 4 qat artan səssiz təhlükə - 5 amilə diqqət

Gənclərdə 4 qat artan səssiz təhlükə - 5 amilə diqqətABŞ-da aparılan genişmiqyaslı araşdırma apendiks xərçəngi hallarının gənc nəsillər arasında 4 dəfəyə qədər artdığını ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, bənzər siqnallar artıq əksər ölkələrdən gələn məlumatlarda da müşahidə olunmağa başlayıb. Bağırsaqların bir kənarında səssizcə duran bu kiçik orqan niyə birdən təhlükəyə çevrilib? Mütəxəssislər artımın arxasındakı 5 əsas səbəbi və diqqət yetirilməli əlamətləri açıqlayaraq həyati xəbərdarlıqlar ediblər.

Araşdırma Vanderbilt Universiteti Tibb Mərkəzinin alimləri tərəfindən aparılıb və "Annals of Internal Medicine" jurnalında dərc olunub. Mütəxəssislər ABŞ Milli Xərçəng İnstitutunun müşahidə, epidemiologiya və nəticələr proqramına dair məlumatları təhlil edərək, 1976-1984-cü il təvəllüdlü şəxslərdə apendiks xərçəngi hallarının 3, 1981-1989-cu il təvəllüdlülərdə isə 4 dəfə artdığını müəyyən ediblər.

Narahatlıq doğuran göstəricilər

Tədqiqatın aparıcı müəllifi Dr. Andreana Holovati deyib: "Nəsillər boyunca apendiks xərçəngində müşahidə etdiyimiz bu narahatedici göstəricilər və bu xəstələrin üçdə birinin 50 yaşdan əvvəl diaqnoz alması, cəmiyyətin bu xərçəngin əlamətləri və simptomları barədə məlumatlandırılmasının nə qədər vacib olduğunu göstərir".

O, həmçinin qeyd edib ki, apendiks xərçəngini istisna etmək və ya erkən mərhələdə aşkar etmək xəstəliyin gedişatı baxımından həlledici əhəmiyyət daşıyır.

Niyə bir anda artmağa başladı?

Tibbi onkoloq professor Dr. Özlem Er bildirib ki, bu diqqətçəkici artım apendiks xərçəngi kimi nadir rast gəlinən bir xərçəng növündə baş verdiyi üçün xüsusilə vacibdir: "1976-1989-cu illərdə doğulan şəxslərdə halların 3-4 dəfə artması bu tendensiyanın təsadüf olmadığını göstərir".

Bu 5 amil böyük rol oynamış ola bilər

Artımın mümkün səbəblərinə toxunan professor Dr. Özlem Er aşağıdakı beş faktoru vurğulayıb:

1. Mikrobiom dəyişiklikləri: Müasir həyat tərzi (qidalanma, antibiotik istifadəsi, qeysəriyyə doğumların artması, gigiyena nəzəriyyəsi) bağırsaq mikroflorasını dəyişir. Bu dəyişikliklər apendiks toxumasında iltihab və şişlərin inkişafına səbəb ola bilər.

2. Qidalanma vərdişləri: Yüksək emal olunmuş qida (salam, sosiskalar), qırmızı ət və az lifli qidalanma mədə-bağırsaq sistemi xərçənglərinin riskini artırır.

3. Piylənmə və az hərəkətli həyat tərzi: Bu faktorlar yoğun bağırsaq xərçəngi ilə əlaqəlidir və apendiks xərçəngində də oxşar risklər yaradır.

4. Hormon və endokrin pozuntular: Bəzi apendiks xərçəngi növləri (xüsusilə neyroendokrin şişlər) endokrin sistemlə bağlıdır. Hormonal məhsulların istifadəsi və ətraf mühitdə estrojenə məruz qalma da təsir göstərə bilər.

5. Genetik və epigenetik amillər: Epigenetik dəyişikliklər ətraf mühit təsirləri ilə nəsildən-nəslə ötürülə bilər. Apendiks xərçəngi ilə əlaqəli genetik mutasiyalar yeni nəsillərdə daha tez-tez baş qaldıra bilər.

Türkiyədə də artım müşahidə olunur

"Türkiyədə apendiks xərçəngi ümumilikdə nadir rast gəlinən bir xərçəng növü olsa da, bəzi tədqiqatlarda müxtəlif nisbətlər bildirilib", deyə Dr. Özlem Er qeyd edib.

Bezmialem Fondu Universiteti Xəstəxanasında 2011-2017-ci illər arasında keçirilən 3 554 apendektomi əməliyyatı nəticəsində 28 apendiks neoplazması (xərçəng daxil) aşkar edilib - bu, təqribən 0,78% təşkil edir.

Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında 2007-2017-ci illərdə 4 813 apendektomi əməliyyatında 15 apendiks şişi aşkarlanıb - bu isə 0,31%-lik göstəricidir.

Bu nəticələr apendiks xərçənginin ölkədə görülmə tezliyinin dünya ortalamaları ilə uyğun olduğunu göstərir. Lakin bu göstəricilər xəstəxanaya görə dəyişə bilər və daha geniş epidemioloji araşdırmalara ehtiyac var.

2000-ci illərlə müqayisədə daha çox rast gəlinir

Türkiyədə fəaliyyət göstərən qastroenteroloq Dr. Fuad Cəfərov bildirib ki, Türkiyədə apendiks xərçəngi ilə bağlı məlumatlar məhduddur, lakin ümumi mədə-bağırsaq xərçənglərində 50 yaşdan aşağı diaqnozların artması müşahidə olunur.

O qeyd edib ki, xüsusilə yoğun bağırsaq və mədə xərçənglərində gənc yaşda diaqnoz halları artıb. Türkiyə Xərçəng Statistikalarında apendiks xərçəngi ayrıca göstərilməsə də, patologiya hesabatları və böyük universitet xəstəxanalarının onkoloji arxivlərində bu diaqnoza 2000-ci illərə nisbətən daha çox rast gəlindiyi bildirilir.

Bu əlamətlərə diqqət!

Apendiks xərçəngi əksər hallarda heç bir əlamət vermədən, başqa səbəblərlə aparılan əməliyyat və ya görüntüləmə zamanı təsadüfən aşkarlanır. Amma bəzi hallarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:

* Sağ aşağı qarın nahiyəsində təkrarlayan ağrı (əksər hallarda kəskin apendisitlə qarışdırılır). Əgər ağrı təkrarlanırsa və klassik apendisit kimi inkişaf etmirsə, diqqət edilməlidir.
* Qarında şişlik və dolğunluq hissi, xüsusilə şiş böyükdürsə və qarın pərdəsinə yayılıbsa.
* İştahsızlıq və arıqlama – şiş böyüdükcə sistemik əlamətlər artar.
* Bulantı, qusma, bağırsaq tıxanıqlığı əlamətləri və bəzən ginekoloji pozuntularla qarışdırıla biləcək şikayətlər.

Nə zaman şübhələnmək lazımdır?

Prof. Dr. Özlem Er qeyd edir ki, bu xərçəng nadir və gizli olduğu üçün əvvəlcədən şübhələnmək çətindir, lakin aşağıdakı hallarda diqqətli olmaq lazımdır:

* Sağ alt qarın nahiyəsində təkrarlayan ağrı (klassik apendisitə bənzəmir)
* Apendisit əməliyyatı sonrası patologiyada şiş aşkarlanması
* Qarında izaholunmaz kütlə və ya maye toplanması
* 40 yaşdan yuxarı şəxslərdə kəskin apendisit halları

Ölümcül ola bilərmi?

"Apendiks xərçəngi irəliləmiş mərhələlərdə ölümcül ola bilər. Erkən mərhələdə diaqnoz qoyulan xəstələrdə 5 illik sağ qalma faizi 60–70 civarındadır, lakin gec mərhələlərdə bu göstərici 10%-ə qədər düşür", deyə Dr. Fuad Cəfərov bildirib.

Fuad Cəfərov onu da qeyd edib ki, bu xərçəng qarın pərdəsinə (periton) yayılaraq qarında maye toplanmasına (assit), bağırsaq tıxanıqlığına səbəb ola bilər və müalicə edilməzsə, pis proqnozla irəliləyir.

Müalicə üsulu necədir?

Dr. Holovati və Dr. Cəfərov bildirirlər ki, hazırda apendiks xərçəngi üçün standart skrininq testi yoxdur. Ona görə də erkən diaqnoz çətindir. Müalicə isə aşağıdakı üsullarla aparılır:

* Cərrahi müdaxilə ilə apendiks çıxarılır, bəzən ətraf toxumalar da alınır.
* İrəliləmiş mərhələlərdə qarın pərdəsinə yayılma varsa, sitoredüktiv cərrahiyyə və HIPEC (qızdırılmış qarın içi kimyaterapiya) tətbiq olunur.
* Bəzi hallarda kimyaterapiya da tələb oluna bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 485   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşıl banan xərçəngə yoluxmanın qarşısını alır

Bananlar yuxarı həzm sistemi xərçəngi riskini azalda və ümumilikdə onkoloji xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. xarici mətbuata istinadla bildirir ki, lakin burada bir nüans var, bananlar yaşıl olmalıdır. Yaşıl bananlar niyə belə faydalıdır?. Bu meyvələrdə olan davamlı nişasta unika

15.06.2025 267
.

Hər səhər içsəniz, möcüzəni görəcəksiniz

Gün ərzində yeyilən qidaların əksəriyyətinin orqanizmə faydası az olduğu üçün bir çox sağlamlıq problemləri yaşanır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bütün xəstəliklərə qalib gəlmək üçün immuniteti yüksək tutmaq mütlləqdir. Mütəxəssislər məsləhət görür ki, hər gün zeytun yağı içmək bi

14.06.2025 333
.

Yayda xəstələnmək istəmirsizsə, bunları bilməlisiz

Bal və turşu suyu ayrı-ayrılıqda sağlamlıq üçün çoxsaylı faydalar təqdim etsə də, birlikdə qəbul edildikdə bu təsir daha da güclənir. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu təbii qarışım həm immun sistemini gücləndirir, həm də həzm prosesini dəstəkləyir. Bal özünün təbii antibakteria

04.06.2025 590
.

Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı fakt

Kivi - turşməzə dadı və yüksək qida dəyəri ilə seçilən meyvədir. Onun müntəzəm istifadəsi immuniteti gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır və həzmi yaxşılaşdırır. Lakin bu meyvənin necə yeyilməsi - qabığı ilə, yoxsa qabıqsız - çoxlarını maraqlandırır. Mütəxəssislər isə maraqlı faktla

26.05.2025 706
.

Xərçəng xəstələrinin sayı niyə çoxalır?

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur". BİG.AZ Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Azərbaycanda onkoloji xəstəliklər sahəsində statisti

15.06.2025 310
.

Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası

Cəfəri və limon immunitet sistemindən həzmə, dəri sağlamlığından qaraciyərə qədər bir çox fayda təmin edir. Mütəxəssislər qeyd edirlər ki, bu iki təbii məhsulun müntəzəm istifadəsi bir çox sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərir. Yüksək miqdarda vitamin, mineral və antioksidant ehtiva edə

25.05.2025 724
.

Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır

Ürəyimiz şirniyyat istəyəndə ağlımıza ilk versiya kimi şokolad gəlir, lakin sağlam qida olmadığına və çəki artımına səbəb olacağını düşündüyümüz üçün özümüzü saxlamağa çalışırıq. Ölkə.Az Türkiyənin "sabah" qəzetinə istinadla xəbər verir ki, son araşdırmalar şokoladı müəyyən saatda yeməyin faydal

17.06.2025 530
.

İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - Alimlər

Uşaqların heyvanlarla, xüsusilə də itlərlə erkən təması atopik ekzemanın - dəriyə təsir edən xroniki iltihablı xəstəliyin yaranma ehtimalını azalda bilər. Bu nəticəyə Edinburq Universitetinin alimləri gəliblər. BİG.AZ -a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Allergy" jurnalında dər

08.06.2025 339
.

Yayda ofislərdə kondisioner mübahisəsi: İdeal temperatur açıqlandı

Yay aylarında xüsusilə ofis yerlərində kondisionerin dərəcəsi ilə bağlı mübahisə yaranır. Ölkə.Az "gloob"a istinadla xəbər verir ki, bireyni dərəcə alrtında insanların bir qismi üşüsə də, digərləri çox isti olduğunu söyləyir. Bunun səbəbi isə daxili məkanda istilik standratlarının qadınlıa

06.06.2025 426
.

TOP MP3
OSZAR »