"Azərbaycanla sülh müqaviləsini imzalamayana qədər Türkiyə-Ermənistan münasibətləri imitasiya xarakterli təmaslardan o yana keçə bilməz"

"Azərbaycanla sülh müqaviləsini imzalamayana qədər Türkiyə-Ermənistan münasibətləri imitasiya xarakterli təmaslardan o yana keçə bilməz"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zahirən dialoq mühiti üçün effektiv siqnal kimi görünsə də, İrəvan cari təcavüzkar ritorikadan əl çəkmədən hər hansı ciddi perspektiv vəd edə bilməz:

"Məlumdur ki, Ermənistan və Türkiyə liderləri arasında daha öncə də görüşlər baş tutmuş, hətta 2008 və 2009-cu illərdə o zamankı dövlət başçıları Türkiyəyə və Ermənistana qarşılıqlı səfərlər etmişdi. Hətta İsveçrənin təşəbbüskarlığı altında Sürixdə Türkiyə-Ermənistan protokolları da imzalanmışdı. Lakin sonrakı dövrdə geosiyasi proseslərin gedişatı göstərdi ki, Türkiyə və Ermənistan arasında münasibətlərin hazırkı dalandan çıxması üçün birmənalı şəkildə məhz Türkiyənin maraqlarının ehtiva olunduğu status-kvo təmin olunmalıdır. Türkiyənin ilk gündən şərtləri kifayət qədər sadə olub, Ermənistan Azərbaycanla münasibətləri yoluna qoymalı və Türkiyənin özü də daxil olmaqla, qonşularına münasibətdə ərazi iddialarından əl çəkməlidir. Bildiyiniz kimi, Ermənistanın qüvvədə olan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Belə ki, gerbin təsvirində Ermənistanın ayrılmaz parçası kimi Ararat dağına istinad edilməsi hazırda Türkiyənin beynəlxalq hüquqla tanınan ərazisi olan Ağrı dağına iddiadır. Bundan başqa, Ermənistan Türkiyəyə qarşı soyqırım iddiaları ilə çıxış edərək bu ölkənin qlobal miqyasda nüfuzuna zərbə vurmaqla məşğuldur. Ermənistan-Türkiyə münasibətlərində daha bir əngəl hesab edilən Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinə gəlincə, işğala və təcavüzə Azərbaycanın öz hərbi-siyasi gücü hesabına son qoyulsa da, Ermənistan qanunvericiliyində Azərbaycana münasibətdə ərazi iddialarının hələ də qüvvədə olması, eyni zamanda Ermənistanda revanşist ideologiyanın həm hakimiyyətdə, həm müxalifətdə, eləcə də vətəndaş cəmiyyəti institutlarında hakim mövqe tutması ümidverici heç nə vəd etmir. Əlbəttə, dialoq özlüyündə müsbət meyardır, lakin Ermənistan istər qanunvericilik, istərsə də özünün təməl siyasi ideologiyasında təcavüzkar niyyətlərindən əl çəkmədikcə, o cümlədən Azərbaycanla yekun sülh müqaviləsini imzalamayana qədər Türkiyə-Ermənistan münasibətləri yalnız və yalnız imitasiya xarakterli təmaslardan o yana keçə bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 378   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu gün Özbəkistan-Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad və hörmətə əsaslanır" - Ramin Şərifov

"Bu gün Özbəkistan-Azərbaycan münasibətləri etimad və qarşılıqlı hörmətə əsaslanır". Bunu -a danışan Özbəkistan Ticarət Evinin təsisçi – direktoru, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri, KOBİA ictimai şuranın üzvü Ramin Şərifov bildirib

12:24 153
.

Prezidentlər "Sea Breeze"də - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar. "Qafqazinfo" xəbər verir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlə

02.07.2025 451
.

"Texnikanın inkişafı zəif insanlara təsir göstərəcək"-İş adamı Elmin Sadiqovdan maraqlı açıqlama

"Mənim üçün faciə tez qocalmaq deyil, gec ağıllanmaqdır. Həyatda səhv edən insanı günahlandırmaq lazım deyil. Düşünürəm ki, bu onun cəzasıdır və o cəzanı çəkir. Bu fikirləri BİG.AZ-a müsahibəsində tanınmış iş adamı Elmin Sadiqov səsləndirib. Sadiqov bildirib ki, insanın keçdiyi səhvlər və aldığ

15:17 3
.

İnsan ölümsüz ola bilər – Alimlər detalları AÇIQLADI

Bəzi alimlər uzun illərdir ki, insanın ölümsüz olub-olmadığını araşdırır. Onlardan biri hesab edir ki, insanlar əgər sağlam olsalar, 100-dən 20 min ilə qədər yaşaya bilərlər. xarici mediaya istinadən xəbər verir ki Birmingem Universitetinin iltihab və yaşlanma institutunda çalışan molekulyar biogelogiy

02.07.2025 291
.

Azərbaycanda istilik 40 dərəcəyədək yüksələcək

İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterl

02.07.2025 420
.

Toy mərasimi qanla bitdi

Türkiyənin Bursa vilayətində toy qanla bitdi. türk mediasına istinadən xəbər verir ki, toy mərasimində qonaqlar arasında baş verən mübahisə nəticəsində 21 yaşlı gənc bıçaqlanıb. Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadası çağırılıb. Yaralı gənc xəstəxanaya yerləşdirilib, hadisəy

10:57 348
.

"Bir balıq tuta bilmədin"deyib döydü, dənizə atdı

Samsunda Umutcan Baysal balıqçını sahildə döyərək əşyalarını oğurlamazdan əvvəl dənizə atıb. Türkiyə mediasına istinadla xəbər verir ki, Samsunun İlkadım məhəlləsində 19 yaşlı Umutcan Baysal balıqçını dəniz sahilində döyərək "2 saatdır balıq tutmursan" deyərək dənizə atıb, daha sonra sürücülü

02.07.2025 269
.

Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - Foto-Video

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. "Qafqazinfo"nun məlumatına görə, gənc qız bir neçə ay əvvəl ail

02.07.2025 908
.

Rusiyada daha bir azərbaycanlı həbs edildi

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əziz Abasov barəsində qərar çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb. Bildirilib ki, onun barəsində iyulun 19-dək həbs qətimka

02.07.2025 376
.

TOP MP3
OSZAR »