Qulaq kiri bu beyin xəstəliyinin XƏBƏRÇİSİDİR
Qulaq kiriniz milyonlarla insanın yoluxduğu xəstəlik barədə məlumat verə bilər. Bu kiçik test həyatınızı xilas edə bilər.
Alimlər qulaq kiri nümunələrindən əldə etdikləri VOC (uçucu üzvi birləşmələr) məlumatları sayəsində Parkinson xəstəliyinə dair mühüm detalları ortaya çıxarıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, nəticələr göstərib ki, bu birləşmələrin aşkarlanması ilə Parkinson xəstəliyini 94 faiz dəqiqliklə təxmin etmək mümkündür. Bu kəşf, invaziv olmayan, sürətli və etibarlı diaqnostika üsullarının inkişafı üçün ümidverici bir addım hesab olunur.
Xüsusilə dörd VOC birləşməsi Parkinson xəstələrində aşağıdakı nəticələri ortaya qoyur:
Etilbenzen və 4-Etiltoluen
Plastik və neft məhsullarında olan bu birləşmələr beyində iltihab proseslərini tetiklər.
Pentanal
Yağların parçalanması zamanı əmələ gəlir və hüceyrə zədələnməsi ilə əlaqələndirilir.
2-Pentadanecyl-1,3-dioxole
Dərinin mikrobiomundakı dəyişikliklərlə əlaqələndirilir və yağ mübadiləsindəki problemləri göstərir.
2023-cü ildə aparılmış genişmiqyaslı meta-analizdə də eyni şəkildə, Parkinson xəstələrinin nəfəsi və dərilərində sağlam insanlardan fərqli VOC-lərin olduğu sübut olunmuşdu. VOC-lər hüceyrə zədələnməsini artıran oksidativ stresin biokimyəvi göstəricilərindən biri sayılır. VOC-lərin ətraf mühit toksinləri ilə əlaqəsi Parkinsonun yalnız genetik deyil, həm də ətraf mühit faktorlarına güclü şəkildə bağlı olduğunu göstərir. ABŞ Milli Sağlamlıq İnstitutlarının fikrincə, ətraf mühit toksinlərinə məruz qalmaq Parkinsonun ən önəmli səbəblərindən biri hesab olunur.
Dünya üzrə 10 milyondan çox Parkinson xəstəsi mövcuddur və hər il təxminən 90.000 yeni hal qeydə alınır. Bu xəstəliyin inkişafını yavaşlatmaq mümkün olduğu üçün erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Qulaq kiri analizi kimi invaziv olmayan üsullar vasitəsilə xəstəliyin erkən mərhələdə aşkarlanması və uyğun müalicə planlarının daha tez həyata keçirilməsi mümkün ola bilər.
Araşdırmanın aparıcılarından biri Hao Dong qeyd edir ki, bu araşdırma hələlik Çində, kiçikmiqyaslı və bir mərkəzdə aparılıb. Növbəti mərhələdə fərqli etnik qrupları, daha çox xəstə sayını və çoxmərkəzli sınaqları əhatə edən araşdırmalar vasitəsilə bu metodun etibarlılığı test edilməlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
Gizli şəkildə inkişaf edən, lakin gec aşkarlandıqda ciddi fəsadlara yol açan şəkərli diabet (xalq arasında "şəkər xəstəliyi" kimi tanınır) bu gün getdikcə daha çox insanın gündəminə çevrilir. BİG.AZ -a istinadən xəbər verir ki, bəzən sadə görünən əlamətlər əslində diabetin ilk siqnalları ol
13.06.2025 712 Hər səhər içsəniz, möcüzəni görəcəksiniz
Gün ərzində yeyilən qidaların əksəriyyətinin orqanizmə faydası az olduğu üçün bir çox sağlamlıq problemləri yaşanır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bütün xəstəliklərə qalib gəlmək üçün immuniteti yüksək tutmaq mütlləqdir. Mütəxəssislər məsləhət görür ki, hər gün zeytun yağı içmək bi
14.06.2025 353 Xeyirxah insanlar bu xəstəliklərdən daha az əziyyət çəkirlər
Madrid Muxtar Universitetinin professoru və nevrologiya üzrə tədqiqatçı Conatan Benito qeyd edir ki, mehriban insanların pis niyyət göstərənlərlə müqayisədə sağlamlıq baxımından əhəmiyyətli üstünlüyü var. BİG.AZ Azərtac-a istinadla xəbər verir ki, ekspertin fikrincə, mehriban və ünsiyyətcil insanla
12.06.2025 440 Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı – Ölümcül risk var
Birləşmiş Krallığın Qida Standartları Agentliyi (FSA) Dubayda məşhurlaşmış viral şokoladlarla bağlı saxta və təhlükəli məhsullar barədə xəbərdarlıq yayıb. xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə populyarlıq qazanan, içliyi fıstıq və kadaif xəmirindən ibarət olan bu şirniyyatın bəz
12.06.2025 388 Yatmazdan əvvəl 1 stəkan için: xorultunuz kəsəcək
Xoruldamaq, insanın gecə yuxusunu pozan, hətta ətrafdakıları narahat edən ümumi yuxu problemidir. Bir çox insan müxtəlif müalicə üsullarını sınasa da, ən təsirli üsullardan biri ökseotu çayıdır. xarici mediaya istinadən ökseotunun sağlamlığınız üçün çoxsaylı faydaları təqdim edir. Yuxu sağlamlığını v
08.06.2025 715 Arıqlamağın qeyri-adi üsulu açıqlandı
Acı qidalar tərkibində olan və yağ qatının yandırılmasını təşviq edən xüsusi maddələr sayəsində arıqlamağa kömək edir. -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Olqa Tarasova bildirib. "Bütün arıqlayanlar acı qidaların artıq kiloqramların aktiv şəkildə itirilməsini stimullaşdırdığın
15.06.2025 454 Adi soyuqdəymə virusları belə insult riskini artıra bilər - TƏDQİQAT
Melburn Universitetinin alimlərinin yeni araşdırması COVID-19, respirator sinsitial virus (RSV) və qrip kimi geniş yayılmış respirator virusların böyüklər arasında qısamüddətli ürək-damar hadisələri, xüsusilə infarkt və insult riskinin artması ilə əlaqəli olduğunu ortaya qoyub. "MedicalXpress"
22.06.2025 133 Bu qan qrupundan olan insanlara pis xəbər
Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır. xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə ort
07.06.2025 582 Yayda xəstələnmək istəmirsizsə, bunları bilməlisiz
Bal və turşu suyu ayrı-ayrılıqda sağlamlıq üçün çoxsaylı faydalar təqdim etsə də, birlikdə qəbul edildikdə bu təsir daha da güclənir. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu təbii qarışım həm immun sistemini gücləndirir, həm də həzm prosesini dəstəkləyir. Bal özünün təbii antibakteria
04.06.2025 594