17 yaşlı qıza Alzheimer diaqnozu qoyuldu – Elm dünyası şokda

17 yaşlı qıza Alzheimer diaqnozu qoyuldu – Elm dünyası şokdaÇində 17 yaşlı gəncə erkən yaşda Alzheimer diaqnozu qoyulub. Xəstəliyin bu qədər gənc yaşda ortaya çıxması tibb dünyasında ciddi marağa səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəstə ilk olaraq dərslərə diqqət toplamaqda çətinlik çəkib. Daha sonra oxumaqda problem, qısa müddətli yaddaş itkisi və əşyaları tez-tez itirmə halları müşahidə olunub. Zamanla şikayətlər daha da ağırlaşıb. Gənc artıq bir gün əvvəl baş verənləri belə xatırlaya bilməyib.

Aparılan beyin müayinəsində hipokampus – yəni yaddaşa cavabdeh beyin bölgəsində kiçilmə aşkar edilib. Beyin-onurğa iliyi mayesinin analizində də Alzheimer xəstəliyinə xas biomarkerlər müəyyən olunub. Bu nəticələr erkən yaşda da olsa, diaqnozu dəstəkləyib.

Qeyd edək ki, Alzheimer xəstəliyi əsasən 65 yaşdan yuxarı insanlarda rast gəlinir. Ancaq 65 yaşdan aşağı baş verən hallara "erkən başlanğıclı Alzheimer" deyilir və bu hallar ümumi xəstəliklərin təxminən 10 faizini təşkil edir. 30 yaşdan aşağı pasiyentlərdə isə bu vəziyyət adətən irsi mutasiyalarla əlaqələndirilir və "ailəvi Alzheimer xəstəliyi" adlandırılır.

Lakin bu gəncdə aparılan geniş genetik testlər heç bir məlum genetik mutasiyanı ortaya çıxarmayıb. Ailəsində də demens və ya Alzheimer keçmişi olmayıb.

Yaddaş testlərinin nəticələri də xəstəliyin ağırlığını ortaya qoyub. Gəncin anlıq yaddaş göstəricisi yaşıdları ilə müqayisədə 87 faiz, ümumi yaddaş göstəricisi isə 82 faiz aşağı olub.

Pasiyentin müalicəsi ilə məşğul olan nevroloq Jianping Jia, bu hadisənin Alzheimer xəstəliyinə yanaşma tərzini dəyişdirdiyini bildirib. O, xəstəliyin yalnız yaşlı insanlara xas olmadığını vurğulayıb.

Araşdırma 2023-cü ilin fevral ayında Journal of Alzheimer's Disease jurnalında dərc olunub. Alimlər hesab edir ki, belə halların öyrənilməsi xəstəliyin səbəblərini daha dərindən anlamağa imkan yaradır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 581   Tarix: 23 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

iPhone 17-nin rəngi müəyyənləşdi

Apple-ın 2025-ci ilin sentyabrında satışa çıxarmağı planlaşdırdığı iPhone 17 seriyasının əsas modelləri iki yeni rəng alternativi ilə təqdim ediləcək. xarici mediaya istinadən xəbər verir ki, hazırda sınaq mərhələsində olan bu rənglərdən yalnız biri təqdimatda yer alacaq. iPhone 17 üçün bənövşəyi rəngi

24.06.2025 819
.

"Havuç" boşanma iddialarına görə əsəbləşdi

1 iyunda sevgilisi Tutku Yılmaz ilə evlənən aktyor Furkan Kızılayın yoldaşı ilə az şəkil paylaşdığına görə ayrıldığı iddia olunmuşdu. xəbər verir ki,aktyor iddialara cavab verib. "Mesajlara baxıram, yazıblar ki, "niyə yoldaşınla şəkil paylaşmırsan?" Görəsən, neçə şəkil paylaşmalıyam? N

24.06.2025 393
.

"İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb" - Turan Rzayev

İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb. Daha sonra İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Politoloq Turan Rzayev -a bildirib ki, İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb. Bu, yalnız regional gərginliyin yeni bir mərhələyə keçdiyini göstərən hadisədir. Sül

24.06.2025 275
.

İran hücumdan əvvəl Qətərə məlumat veribmiş

İran böyük itkilərə yol verməmək üçün Qətər hakimiyyətinə ABŞ-nin "Əl Udeid" aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb. Onların fikrincə, Tehran Amerikanı

23.06.2025 454
.

Elza Seyidcahan metroda mahnı oxudu - Video

Əməkdar artist Elza Seyidcahanın metrodan görüntüsü yayılıb. Axşam.az xəbər verir ki, müğənni metroda mahnı oxuyub. Sərnişinlər onun videosunu lentə alaraq, sosial şəbəkədə paylaşıblar

24.06.2025 314
.

"İran müharibəni uzatmaq istəyir"-ABŞ mediasından iddia

ABŞ-ın İsrail və İran arasındakı münaqişəyə qoşulması ilə müharibə yeni mərhələyə qədəm qoyub. xarici mediaya istinadən xəbər verir ki, ABŞ mediası İsrailin müharibəni bitirməyə hazır olduğunu iddia edib. İran buna "Hələ vaxtı deyil" deyərək cavab verib. ABŞ İranın nüvə obyektlərinə hücum etdiy

24.06.2025 247
.

Yaşlı qadın Lionel Messiyə evlilik təklifi etdi

Klublararası dünya çempionatı çərçivəsində keçirilən "İnter Mayami" – "Palmeyras" matçında maraqlı hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, qarşılaşma zamanı tribunada olan yaşlı qadın Lionel Messiyə evlilik təklifi edib. "Mənimlə evlənəcəksən?" yazılmı

24.06.2025 173
.

Ermənilərin oğurladığı mahnı yutubdan silindi

Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısını mənimsənilərək erməni mahnısı kimi təqdim edilib. Axşam.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. Bildirili

24.06.2025 263
.

Paranormal hadisələrin mərkəzi olan Skinuoker Rançda nələr baş verir?

ABŞ-ın Yuta ştatında yerləşən Skinuoker Ranç (Ranç - Amerika qitəsində yayılmış ferma növüdür) uzun illərdir qeyri-adi və izahı çətin hadisələrlə gündəmə gələn, qorxulu və bir o qədər də maraq doğuran bir məkandır. Fermada baş verdiyi iddia olunan hadisələr bəzilərinə görə fövqəltəbii varlıqlarla, bəzilərin

24.06.2025 135
.

TOP MP3
OSZAR »