TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start veribTikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.
Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.

Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar

Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:
@donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib.
@qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb.
@rusmaster.rusdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb.
@dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən "Ailə Parametrləri" funksiyasını xatırladıb.
@myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib.
@rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib.
@haciseferov isə internetdə rast gəlinən məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmalı və təsdiqlənməmiş informasiyaların yayılmamalı olduğunu vurğulayıb.

Canlı yayım qaydaları haqqında vebinar

Bundan əlavə, ötən il TikTok həm streamer, həm də canlı yayım izləyiciləri üçün daha pozitiv və təhlükəsiz təcrübə təmin etmək məqsədilə canlı yayımların monetizasiyası üzrə yeni qaydalar təqdim edib. Bu qaydalara əsasən, bəzi hallarda kontenti aşağı keyfiyyətli və ya kontenti real olmayan istifadəçilər TikTok LIVE zamanı qazanc əldə edə bilməzlər. #ÖncəTəhlükəsizlik layihəsi çərçivəsində TikTok LIVE istifadəçiləri üçün platformanın İcma Qaydaları və canlı yayımın monetizasiya qaydaları barədə məlumat veriləcək xüsusi vebinar təşkil ediləcək. Maarifləndirici canlı yayıma 2 iyul, saat 17:00-da @tiktoklive_eecca hesabında qoşulmaq mümkün olacaq. Xatırladaq ki, TikTok platforması canlı yayım aparan istifadəçilərə öz sahələri üzrə ən ciddi tələblərdən birini qoyur: canlı yayıma başlamaq üçün istifadəçinin yaşı minimum 18 olmalı və hesab kriteriyalara uyğun olmalıdır.

Meditasiya fasilələri: tətbiqdən uzaqlaşmaq üçün yeni funksiya

TikTok istifadəçilərin təhlükəsizliyi və rəqəmsal rifahı üçün alətləri daim təkmilləşdirir. Yaxın zamanda platforma yeniyetmə istifadəçilər üçün yeni bir funksiyanı – "meditasiya fasilələri"ni təqdim edib. Bu funksiya onları gecə saatlarında tətbiqdən fasilə verməyə təşviq edir. Testlərin nəticələrinə görə, yeniyetmələrin 98%-i bu funksiyanı aktiv saxlayaraq, tətbiqdən yuxularına mane olmayacaq şəkildə istifadə etməyi seçib. Araşdırmalar göstərir ki, meditasiya bütün yaş qruplarında yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Bu səbəbdən TikTok meditasiya fasilələrini bütün istifadəçilər üçün əlçatan edib. 18 yaşdan kiçiklər üçün bu funksiya avtomatik aktiv olacaq: əgər onlar saat 22:00-dan sonra tətbiqdən istifadə etsələr, onların tövsiyə lentində meditasiya məşqi təklif edən xüsusi video görünəcək. Böyüklər isə bu funksiyanı ekran vaxtı parametrlərində özləri tənzimləyə bilərlər.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 277   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada daha bir azərbaycanlı həbs edildi

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əziz Abasov barəsində qərar çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb. Bildirilib ki, onun barəsində iyulun 19-dək həbs qətimka

02.07.2025 207
.

Məsciddə video çəkən qadının sözləri müzakirələrə səbəb oldu: "Buralar niyə belədir?"

Türkiyə üzrə ümumilikdə təxminən 90 min məscid fəaliyyət göstərir. Bu məscidlərin əksəriyyətində qadınlar üçün nəzərdə tutulmuş xüsusi ibadət sahələri olsa da, həmin bölmələrin yetərsizliyi uzun müddətdir ki, müzakirə mövzusudur. türk mediasına istinadən xəbər verir ki, adətən məscidin əsas hissəsində

02.07.2025 328
.

Acun Ilıcalı hakim qarşısına çıxdı

Türkiyənin məşhur televiziya prodüseri Acun Ilıcalı, barəsində qanunsuz mərc oyunları ilə bağlı açılmış cinayət işi çərçivəsində məhkəmə qarşısına çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, Ilıcalı prokurora verdiyi ifadəsində gəlirinin 1-5 milyon lirə arasında olduğunu bildirib. Eyni zamand

02.07.2025 209
.

Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq: Politoloq Rusiyanı ittiham etdi

Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlılara qarşı sərgilənən qəddar və qeyri-insani rəftar, Rusiyada milli azlıqlara qarşı həyata keçirilən şovinizm siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Müşahidələr

02.07.2025 238
.

79 yaşlı aktyor ata oldu

Hollivudun sevilən ulduz aktyoru, 79 yaşlı Robert De Niro bir daha ata olduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, aktyor bu xəbəri şəxsi sosial media hesabında paylaşıb. De Niro yeni doğulan körpəsi ilə atalıq hisslərini yenidən yaşadığını bildirib. Onun sözlərinə görə, körpəsi həyatın

02.07.2025 381
.

Efirdə oğlunun ifasına kövrəldi - Video

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbasla birgə qatılıb. "Qafqazinfo" xəbər verir ki, proqramda qonaq olan tar ifaçısının oğlu Əli canlı oxuyub. Onun ifası atasını kövrəldib. "Bir az kövrəldim, sözləri məni kədərləndirdi", - deyə F. Əliye

02.07.2025 119
.

Marsda mikrob var? - TƏDQİQAT

NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər. Perseverance öz alətindən istifadə edərək qayal

02.07.2025 101
.

Makronun həyat yoldaşı barədə qalmaqallı iddia: "Keçmişdə kişi olub"

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun keçmişdə kişi olduğu iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, amerikalı jurnalist Candace Owens "transgenderizm" mövzusunda apardığı araşdırmalar zamanı əldə etdiyi məlumatların onu bu qənaətə gətirdiyini bildirib

02.07.2025 445
.

"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar Vadisi" serialında Cevat Akarsu obrazı ilə tanınan türkiyəli aktyor Şekip Taşpınar dünyasını dəyişib. türk mediasına istinadən xəbər verir ki, kədərli xəbəri aktyorun meneceri Temmuz Karıkutal təsdiqləyib. Hazırda aktyorun ölüm səbəbi açıqlanmayıb. [hh4-unikal]

02.07.2025 296
.

TOP MP3
OSZAR »