Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdirRusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu kimi hadisələr Rusiyada ilk deyil:

"Rusiyada birinci dəfə deyil ki, etnik azlıqlara qarşı bu cür təzyiqlər, qətllər və bu kimi oxşar hadisələr baş verir. Bu cür qəbulolunmaz münasibətə MDB dövlətləri zaman-zaman ən yüksək etirazlarını bildiriblər. Belə görünür ki, bu cür addımlar Rusiyanın daxili siyasətinin bir trendidir".

Tofiq Zülfüqarov məhkəmə hökmü olmadan bu cür münasibət, işgəncə, ölüm və sair kimi amillərə yalnız cinayət adını vermək olduğunu qeyd edib:

"Azərbaycan dərhal bu hadisəyə öz etirazını bildirdi. Burada iki əsas məsələyə diqqət çəkmək istəyirəm. Kütləvi həbs və işgəncəyə məruz qalanlar əgər Azərbaycan vətəndaşıdırsa, o halda, Azərbaycanın onların hüquqlarını müdafiəsi baxımından imkanları genişdir, amma eyni zamanda, aralarında Rusiya vətəndaşlığını qəbul edənlər də var ki, onların bu münasibətdən sonra hüquqlarının müdafiəsi üçün Azərbaycan tərəfinin imkanları bir qədər məhduddur".

Sabiq xarici işlər naziri Rusiya rəhbərliyi daxilində aşkar formada müxtəlif güc mərkəzlərinin olduğuna diqqət çəkib:

"Onlar həm öz aralarında ciddi konfliktlər yaşayırlar, həm də müxtəıif ölkələri konkret hədəf kimi seçirlər. Buna uyğun olaraq da mənfi yönümlü siyasət həyata keçirirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan özünə qarşı, öz vətəndaşlarına qarşı yürüdülən bu cür kampaniya və siyasətlərin məsuliyyətini məhz rəhbərlikdə görür və tamamilə haqlıdır".

Politoloq Rusiyanın bu cür münasibətinin qəbuledilməz olduğunu deyərək Azərbaycanla Rusiya arasında müttəfiqlik məsələsini xatırladıb:

"Ümumilikdə iki dövlət arasında müxtəlif sahələrə aid 400-dən çox sənəd imzalanıb. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində bəyanatı göstərir ki, Rusiyanın belə bir qəbuledilməz addımlarına heç bir cavab yoxdur, varsa da, qənaətbəxş deyil. Məsələ beynəlxalq ictimaiyyətə də lazımi formada çatdırılıb və müxtəlif xarici media orqanlarında bununla bağlı müzakirələr aparılır".

T. Zülfüqarov Rusiyada yaşayan azərbaycanlıların bundan sonrakı taleyi barədə də fikirlərini ifadə edib:

"Onların bir qismi miqrant kimi, bir qismi Rusiya vətəndaşlığını qəbul etmiş formada oradadır. Hər iki halda, əgər Rusiyanın Azərbaycana və azərbaycanlılara münasibəti dəyişməzsə, yəqin ki, o adamlar Rusiyada yaşayıb-yaşamamamalrı barədə bir daha düşünməlidirlər".

Keçmiş nazir qonşu və müttəfiq ölkə kimi Rusiyadan fərqli münasibət gözlədiyini qeyd edib:

"Aktauda baş verən təyarə hadisəsi, daha sonra azərbaycanlı deputatın Hava Limanında saxlanılması və bu hadisə... Biz bu hadisələrə Rusiya tərəfindən fərqli münasibət gözləyirdik. Çünki sadaladığımız müttəfiqlik və qonşuluq münasibəti belə tələb edir. Amma görürük ki, Rusiya tərəfindən bəzi məqmlarda həta beynəlxalq qanunlara uyğun olmayan addımlar atıldı. Rusiya ümumi qonşuluq və müttəfiqlik münasibətlərini bir daha düşünməli, nəzərdən keçirməli və ona uyğun laızmi addımlar atmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 306   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı

Fransa Respublikaçılar Partiyasının nümayəndəsi, deputat Olivye Marleks öz evində asılmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla bildirir ki, Marleks prezident Makronun "Alstom"un "General Electric"ə satışında iştirakını araşdırıb. O, şirkətin Makronun 2017-ci il seçki kampaniyasın

19:45 1
.

Şəkidə dezodorant daşıyan TIR yandı - Video - Yenilənib

Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağırtonnajlı yük avtomobili yanır. "Qafqazinfo" xəbər verir ki, TIR qəfil alışmağa başlayıb. Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. *. Hadisə ilə bağlı FHN-dən bildirilib ki, qurumu

17:36 326
.

Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu

Dağıstan Respublikasında bir ailənin üzvləri bir il ərzində ikinci dəfə lotereyada milyon rublluq uduşlar qazanıblar. Rusiya mediasına istinadla bildirir ki, cütlük Kaspiysk şəhərində yaşayır. 2024-cü ildə kişi lotereyada bir milyon rubl qazanıb. Bir neçə ay sonra həyat yoldaşının da bəxti gətirib. Püşkatmanı

19:00 83
.

53 yaşında 13-cü diplomunu aldı

Yalovada yaşayan 53 yaşlı oxuduğu 13-cü universitetini də fakültə birincisi olaraq bitirib. Türkiyə mediasına istinadla xəbər verir ki, evil və bir uşaq anası olan Esen, oxuduğu 13-cü universiteti fakültə birincisi olaraq bitirib. Onun bu təhsil marafonu bir çox insan üçün ilham mənbəyidir. Melda Sarıta

20:00 1
.

Xuramandan Hacı Şahinlə bağlı paylaşım

Müğənni Xuraman Şuşalı mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onu yuxuda gördüyünü deyərək, bunları yazıb:. "Biz səni cox sevdik, qardaş. Bəzən zəng edib məsləhət alardım. O qədər səbrlə dinləyərdi ki. İndi də dara düşəndə yuxuma gəlib ik

16:02 272
.

"Azərlotereya Şans Karvanı" ölkə boyu yola çıxır

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu dəfə fərqli formatda görüşünüzə gəlir. "Şans Karvanı" adlı yay kampaniyası çərçivəsində ölkəmizin 30-dan çox şəhər və rayonunda böyük əyləncə və həyəcan dolu anlar yaşanacaq. "Şans Karvanı"nı

11:23 229
.

Fransa prezidentinin arvadı ilə münaqişəsi davam edir

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron üç günlük rəsmi səfər çərçivəsində Böyük Britaniyaya yollanıblar. xarici mediaya istinadən xəbər verir ki, səfərin ilk anlarında cütlük arasında yeni bir gərginlik müşahidə edilib. Təyyarədən enən zaman Prezident Makron həyat yoldaşı Bricit

18:30 132
.

Rusiyalı nazirin intihar etdiyi yerdən - Görüntülər

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb. "Qafqazinfo" xəbər verir ki, "Mash" teleqram kanalı nazirin intihar etdiyi yerdən kadrlar yayıb. Nazirin park edilmiş maşından bir neçə metr aralıda, kolluqlarda intiha

07.07.2025 580
.

Müasir çağırışlar və alternativ yollar-EKSPERTDƏN AÇIQLAMA

Hazırda texnologiyanın, internet resurslarının və süni intellektin (AI) sürətlə inkişaf etdiyi bir dövrdə 4 il ərzində universitet təhsili almağın zəruriliyi ciddi şəkildə müzakirə olunur. Xüsusilə son on ildə dünyada biliklərə çıxışın demokratikləşməsi, informasiyanın sərhədsiz yayılması və distan

14:52 211
.

TOP MP3
OSZAR »