Nağdsız ödənişdə əngəl: Taksi sürücüləri kartla ödənişdən buna görə imtina edir

Nağdsız ödənişdə əngəl: Taksi sürücüləri kartla ödənişdən buna görə imtina edirAzərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi şirkətləri bazara daxil olduqca, xidmətin keyfiyyəti və müştəri tələblərinə cavab vermə səviyyəsi də artır. Lakin bu inkişafla yanaşı, kartla ödənişdə bir sıra problemlər hələ də qalır. Əksər taksi sürücüləri, kartla ödəniş edən sərnişinləri qəbul etməkdən imtina edirlər.

Bu məsələ, nağdsız ödənişlərin artan dinamikasına baxmayaraq, hələ də ciddi bir maneə olaraq qalır.

BiG.AZ xəbər verir ki mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi sürücüləri qeyri-nağd ödənişləri gec aldığı üçün imtina edir, bu da narazılıqlara səbəb olur:

"Taksi sürücülərinin dediyinə görə, taksi şirkətləri sürücülərin qeyri-nağd formada qazandığı gəlirləri hesabdan onlara çox gec qaytarırlar, bu da taksi sürücüləri üçün müəyyən çətinlik yaradır.Bu səbəbdən bir çox hallarda taksi sürücüləri qeyri - nağd ödənişlərdən imtina edirlər.Bu da müəyyən vaxtlarda sərnişin və sürücülər arasında konflikt yaradır".

Ekspertin sözlərinə görə bu problem aradan qaldırılmalı və proses daha səmərəli hala gətirilməlidir:

"Taksi sürücüləri artıq şirkətin şəbəkəsinə qoşulduqda onlar özü razılıq verir ki, qeyri-nağd ödəmələri də həyata keçirsinlər. Ona görə də bu məsələ taksi şirkəti tərəfindən həll olunmalıdır. Məsələnin digər həlli yolu isə sərnişinlər ödənişləri özlərinə məxsus kartla birbaşa taksi sürücüsündə olan POS terminal vasitəsiylə ödəyə bilər. Taksi sürücüləri POS terminal əldə etsinlər və sərnişinlərdən ödənişi birbaşa öz hesablarına qəbul etsinlər ki, daha sonra problem yaşanmasın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 315   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

TOP MP3
OSZAR »