Tahir Rzayev: "Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır"

Tahir Rzayev: "Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır"Yekaterinburqda azərbaycanlılara qarşı amansız münasibət yolverilməzdir, çünki hər bir hadisə qanun çərçivəsində araşdırılmalı və hüquqi qiymətini almalıdır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

"Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır və hüquq normalarına tamamilə ziddir. Çünki insan cinayət törədə, yanlış hərəkətə yol verə bilər, ancaq onun etdiyi hərəkətlər araşdırılmalı və hüquqi qiymətini almalıdır", – o söyləyib.

Deputatın sözlərinə görə, Rusiyanın hüquq-mühafizə orqanlarının bu hadisələrə göstərdiyi reaksiyalar son dərəcə sərt olub: "Çox təəssüf ki, Rusiyanın hüquq-mühafizə orqanları bu hadisələrə çox amansız reaksiya veriblər və nəticədə iki qardaş öldürülüb. Bu onu göstərir ki, bu, tamamilə dözülməz, insanlığa yaraşmayan hərəkətdir. Belə hallar Azərbaycan – Rusiya münasibətlərinə ciddi xələl gətirir".

Tahir Rzayev qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə Rusiya ilə sağlam əməkdaşlıq mühitinin vacibliyini vurğulayıb: "Azərbaycanda rus millətinin çoxsaylı nümayəndələri yaşayırlar. Onlara qarşı ölkəmizdə ciddi hörmət var. Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir, ali məktəblərdə rus dili tədris olunur və rus millətinə münasibət tamamilə doğma məcradadır. Lakin son aylarda Rusiyada yaşayan azərbaycanlılara qarşı yönələn müəyyən təxribatlar, orada insanların incidilməsi və öldürülməsi dözülməz haldır".

Deputatın fikrincə, bu cür hadisələr Rusiyanın bəzi inzibati orqanlarının müəyyən dairələrin təsiri altına düşməsi ilə bağlıdır: "Bu, Rusiyanın inzibati-mühafizə orqanlarının hansısa tapşırıqları yerinə yetirmələrinin və şovinist əməllərinin nəticəsində baş verir. Azərbaycan Xarici İşlər Nazirliyi çox haqlı olaraq Rusiyaya kəskin münasibətini bildirir və izahat tələb edir. Azərbaycan xalqı bu hadisədən ciddi narahatdır. Çünki bu, həmyerlilərimizə qarşı ilk belə hal deyil. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı yaramaz əməllər sübut edir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur".

Tahir Rzayev vurğulayıb ki, baş verənlərin nəticələri ağır ola bilər: "Azərbaycan daim Rusiya ilə münasibətlərin yaxşılaşdırılması fikrindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkələr arasında əməkdaşlığın inkişafına hesablanıb. Rusiyada yaşayan bir çox ermənipərəst qüvvələr bu ölkənin siyasətinə, onun inzibati orqanlarının fəaliyyətinə müəyyən qaydada təsir edə bilir. Bu, yaxşı hal deyil və ciddi nəticələrə səbəb ola bilər. Azərbaycan xalqı haqlı olaraq Rusiyadan izah tələb edir. Bu izahat verilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 365   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

TOP MP3
OSZAR »