Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib

Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyibAzərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.

Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar - Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.

"Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik. Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir", - icma bildirib.

Bəyanatda vurğulanır ki, xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri məyusedicidir:

"Biz cinayətkarlıqla mübarizə bəhanəsi ilə etnik qrupların damğalanmasına qəti şəkildə qarşıyıq. Anlayışların dəyişdirilməsi və "etnik cinayətkarlıq" terminindən istifadə bərabərlik və millətlərarası etimadın əsaslarını sarsıdan təhlükəli presedentdir. Azərbaycanda insanlara qarşı belə qəddar davranış təsəvvüredilməzdir. Burada dövlətdən tutmuş cəmiyyətə qədər bütün səviyyələrdə rus mədəniyyətinə və dilinə hörmətlə yanaşılır. Rus məktəbləri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rusdilli vətəndaşlar özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edirlər. Son ayların hadisələri getdikcə daha narahatedici tendensiya formalaşdırır. Əvvəllər bizi Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması faciəsi sarsıtmışdı. O zaman həm də Azərbaycan vətəndaşları həlak olmuş və xəsarət almışdılar. İndiyədək Rusiyanın rəsmi strukturlarından nə üzrxahlıq, nə də aydın izahat gəlməyib. Belə susqunluq dost dövlətin vətəndaşlarının həyatına və ləyaqətinə etinasızlıq kimi qəbul edilir. Azərbaycanın Rus icması Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırır. Biz əminik ki, aşkarlıq, ədalət və insan həyatına hörmət böhranın aradan qaldırılması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 229   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları məlum oldu

Daxili İşlər Nazirliyinin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılan şəxslərin adları məlum olub. Trend xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousovdur. Qeyd edək ki, "Rossiy

30.06.2025 396
.

Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır

Portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Pro Liqa təmsilçisi "Əl-Nəsr" klubu ilə müqaviləsini uzatmaq qərarına gəldikdə, onun müqaviləsinin heyrətamiz məbləğdən bir çoxlarının ağızları açıq qaldı: Onun gündə 645.00 dollar qazanacağı bildirilib. Rəsmi açıqlamadan sonra Ronald

30.06.2025 390
.

İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini davam etdirəcək

İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcəyini bəyan edib. xarici mediaya istinadən xəbər verir ki, Erakçi İranın nüvə məsələsində qətiyyətli mövqe tutacağı təqdirdə, ABŞ-ın bombardmanının yaratdığı ziyanın qısa müddətdə aradan qaldırıla biləcəyin

13:55 183
.

"180 manata smartfon? TexnoBro ən ucuz telefonu sınaqdan keçirib

YouTube-da TexnoBro kanalında, aparıcısı Valid Fərmanoğlu olan yeni bir video dərc olunub. Bu dəfə diqqət mərkəzində Redmi A5 adlı ultra-büdcəli smartfondur. Azərbaycanda cəmi 180 manata satışa çıxarılan bu cihaz, məhdud büdcəsi olanlar və ya ikinci telefon axtaranlar üçün cəlbedici seçim hesab olunur

10:42 230
.

Həftəsonunadək yağış yağacaq

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftəsonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı

17:22 131
.

Sabahın havası - Yağış, şimşək, dolu...

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperatur

12:34 266
.

Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər - Video

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum edilib. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, "KRİK-TV"nin əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı "Baku Plaza" ticarət mərkəzində yerləşən "Nar&Sharab" restoranında çalışan Tell

12:23 484
.

Yuxuda öldüyünü gördü, səhər durub özünə qəbir qazdı

Türkiyənin Bartın vilayətində 72 yaşlı kişi yuxusunda öldüyünü gördükdən sonra özünə qəbir qazıb. türk mediasına istinadən xəbər verir ki, Rafet Karakabak ad-soyadlı şəxs iki gün ərzində saatlarla işləyərək qəbir yerini tamamlamaq üçün yan və üst hissəsini betonla örtüb. Yuxusunun təsirindən danışa

18:45 20
.

Pezeşkian Xankəndiyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. "Report"a istinadən xəbər verir ki, onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev b

11:30 262
.

TOP MP3
OSZAR »