SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçək

SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçəkSosioloq selektiv abortların geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirir
2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Rəqəmlərdən görünür ki, yeni doğulan qız uşaqlarının sayında kəskin azalma var. Sosioloqlar bildirir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez götürülür.

Azərbaycanda selektiv abort geniş yayılıb. Doğrudur, qanunvericilikdə cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir. Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

Amma bəzi mütəxəssislərə görə, ölkəmizdə oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəfləri çoxdur. Birinci növbədə ordumuz üçün vacibdir. Həmçinin güc strukturlarında və müxtəlif ağır işlərdə kişilərin sayının çox olması şərtdir. Bu məsələnin mənfi tərəfi odur ki, bəzi analar öz övladlarını dünyaya gətirmədən tələf edirlər. Yəni selektiv abortla bağlı problemlər də var. Bu isə birbaşa mənəviyyat məsələsidir. Yəni valideyn öz övladının qətlinə razı olur. Bu baxımdan həmin valideynlərin özlərində də psixoloji dəyişikliklər olur və cəmiyyətə neqativ enerji ötürürlər. Ümumiləşdirsək, təbii yolla oğlan uşaqlarının sayının artımı müsbət haldır, azalması təhlükədir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat"a danışıb. Sosioloq selektiv abortların Azərbaycanda geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirib. O, bildirib ki, bu sahədə Azərbaycan dünyada lider ölkələrdən biridir: "Selektiv abort statistikasına görə biz dünya üzrə, hətta ən çox əhalisi olan Çin Xalq Respublikasını belə üstələyirik. Hətta Çin selektiv abortlara görə Azərbaycandan geri qalır.

Selektiv abortlar Azərbaycan cəmiyyəti üçün spesifikdir. Çünki Azərbaycan ənənəvi, kişi mərkəzli cəmiyyətdir. Burada patriarxal düşüncə mövcuddur və belə bir cəmiyyətdə oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu, qeyd etdiyim kimi, cəmiyyətimizin kişi mərkəzli təbiətindən irəli gəlir. Ona görə də selektiv abortlar, təəssüf ki, bu gün aktualdır".

Sosioloq qeyd edib ki, oğlan uşaqlarına yönəlik bu üstünlük qədim zamanlardan bəri formalaşan arxetipik düşüncələrin nəticəsidir:

"Selektiv abort cəmiyyətimizdə arxetip yanaşmalarla bağlıdır. Yəni məlum olduğu kimi, cəmiyyətimizdə hər zaman oğlanlara "düşmən çəpəri" kimi yanaşıblar. Bu, orta əsr düşüncəsindən irəli gəlir. Hətta orta əsr və daha əvvəlki dövrlərdə də bu var idi. Bizim "Dədə Qorqud" eposunda da buna rast gəlirik. Məsələn, qız uşağı olanları qara çadra, oğlan uşağı olanları isə ağ çadra göndərirdilər. Yəni zaman-zaman bu arxetip yanaşma nəsildən-nəslə ötürülərək yaşayıb.

Bu gün də görürük ki, statistikaya əsasən, əhali arasında 25-30 yaşa qədər oğlanlar üstünlük təşkil edir. Lakin 30-35 yaşdan sonra artıq qadınların sayı yavaş-yavaş artmağa başlayır. Eləcə də ahıllar arasında qadınlar üstünlük təşkil edir.

Ümumiyyətlə, məlum olduğu kimi, qızlar doğularkən daha güclü immunitetə malik olur, oğlan uşaqlarının isə həyatda qalma ehtimalı daha az olur. Müharibələr zamanı, nəqliyyat qəzalarında da daha çox kişilər həlak olur. Çünki nəqliyyatdan istifadə daha çox kişilərin payına düşür.

Eyni zamanda kişilər arasında ölümlə nəticələnən dava-dalaş halları da daha çox müşahidə olunur. Beləliklə də, 30 yaşdan sonra kişilər və qadınlar arasında say nisbəti qadınların xeyrinə dəyişir".

Üzeyir Şəfiyev abortlarla bağlı qanunvericiliyə də toxunaraq bildirib ki, mövcud qanunlar daha çox qadın hüquqlarını mərkəzə alır:

"Abortların qadağan olunması ilə bağlı bəzi qanunlar var, amma bu qanunların özü də qadın mərkəzlidir. Məsələn, abortla bağlı qanunlara diqqət yetirdikdə, həm Nazirlər Kabinetinin qərarına, həm də digər normativ sənədlərə baxanda görürük ki, bu qanunlar daha çox qadınlar üçündür. Dölün abort edilməsi ilə bağlı yalnız ananın hüququ tanınır. 12 həftədən 22 həftəyə qədər yalnız sosial və tibbi əsaslarla aborta icazə verilir. Yəni görürük ki, bu məsələ ilə bağlı qanun və qadağalar uşaq mərkəzli deyil, qadın mərkəzlidir. Bu baxımdan hesab edirəm ki, selektiv abortlarla bağlı daha uşaq mərkəzli qərarlar verilməlidir.

Doğrudur, Nazirlər Kabinetinin qərarı var ki, uşağın doğulmasına qədər cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa qoyulub. Ancaq hesab edirəm ki, bu qərarların icrası üzərində nəzarət mexanizmi gücləndirilməlidir".

Sosioloq təklif edir ki, Cinayət Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilə bilər:

"Bəlkə də abortlarla bağlı Cinayət Məcəlləsində dəyişiklik etmək olar ki, ana bətnində dölün bəlli bir müddətdən sonra öldürülməsi insan qəsdi kimi dəyərləndirilsin. Bu, daha çəkindirici ola bilər.

Daha bir məsələ: çox yaxşı olardı ki, maarifləndirmə işləri də genişləndirilsin. Doğrudur, bir sosioloq kimi deyə bilərəm ki, orta perspektivdə Azərbaycanda bu problem olmayacaq. Çünki ailə planlaşdırılmasında artıq çoxuşaqlı ailələrə üstünlük verilmir. Uzağı bir və ya iki uşaq planlaşdırılır. Birinci uşağın abort edilməsi ehtimalı çox aşağıdır. Çünki birinci uşağı abort etdirmək çox risklidir. İkinci və üçüncü uşaqlarda isə artıq selektiv abort ehtimalı artır. Hesab edirəm ki, bununla bağlı bir qədər qərar və qanunlarda da təkmilləşdirmə aparmaq mümkündür.

Elə qızlar var ki, oğlanlardan daha bacarıqlıdır, valideynə qarşı daha qayğıkeş və diqqətlidir. Hesab edirəm ki, bu fikir ətrafında maarifləndirmə işləri aparmaq lazımdır.

Beləliklə, hazırda qızların sayının az olmasını sosial siqnal kimi qarşılamıram. Çünki qeyd etdiyim kimi, qızların azlığı əsasən 30 yaşa qədər müşahidə olunur. 30 yaşdan sonra isə statistikada qızlar, yəni qadınlar üstünlük təşkil etməyə başlayır."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 205   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş UFC çempionu Makqreqor Ağ Evdəki döyüşdə iştirak etmək istəyir

UFC üzrə keçmiş dünya çempionu, irlandiyalı boksçu Konor Makqreqor Ağ Evin meydanında döyüşmək istədiyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. "Donald Trampın Ağ Evdə UFC döyüşləri keçiriləcəyini elan etməsi məni həyəcanlandırdı", - Makqreqo

10:40 178
.

Avtobil AŞDI - Şəhid atası öldü

İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürüc

18:10 197
.

Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama

Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bir çox peşə sahibləri də, onların ən az maaş aldığı qənaətindədir. Bu fikirlər isə müzakirələrə səbəb olur. Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıy

11:50 243
.

ABŞ-də evdə istilik sisteminin dərəcəsini artıran yaşlı cütlük faciəli şəkildə ölüb

ABŞ-də evin istilik sistemini Farenheyt şkalası üzrə 1 00 dərəcəyə (təxminən 540 C) qoyan yaşlı cütlük evlərində həlak olub. xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Hadisə Kaliforniyanın Spartanburq şəhərində baş verib. Qeyd olunur ki, həyatını itirən şəxslər 84 yaşlı Coan Litljo

23:20 37
.

Bakıda yol-nəqliyyat hadisəsi: Sürücünün halı pisləşdi, avtomobil beton arakəsməyə çırpıldı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisəyə səbəb sürücünün səhhətinin pisləşməsi olub. Belə ki, vəziyyəti pisləşən sürücü idarəetməni itirib və avtomobil beton arakəsməyə çırpılıb. Hadisə yerinə gələn xilasedicilə

18:50 184
.

Hava ilə bağlı XƏBƏRDARLIQ! Yağış yağacaq, dolu düşəcək...

Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl

13:08 424
.

KİV: Almaniyada altıaylıq könüllü hərbi xidmət tətbiq ediləcək

Almaniya Rusiyanın mümkün təcavüzü ilə əlaqədar daha çox ehtiyatda olan hərbçilərin hazırlanması və milli müdafiənin gücləndirilməsi üçün könüllü altıaylıq hərbi xidmət tətbiq etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə

11:20 155
.

ABŞ qırıcıları Trampın qolf klubu üzərində mülki təyyarəni ələ keçirib

ABŞ Prezidenti Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhərində mülki təyyarənin qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb. "Report"un xəbərinə görə, bu barədə Şimal

21:00 135
.

Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə qəfil ÖLDÜ - FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib. xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xila

10:48 550
.

TOP MP3
OSZAR »