İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edibAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib.

Bu barədə BiG.AZ-a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə ilk növbədə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə və Pakistanın göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti cənab Şərəf Malkoç dəvətə görə xanım Səbinə Əliyevaya öz təşəkkürünü bildirib. O, qeyd edib ki, İƏT OA nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcəkdir. Ş. Malkoç, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qani də çıxış edərək səfərlə bağlı öz təəssüratlarını bölüşüb. Vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinin dağıdıldığını, dini və mədəni abidələrinin məhv edildiyini müşahidə etdiklərini qeyd edib.

Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanılan sübutlar müzakirə edilib.

Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələləri ilə bağlı bəyanat qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 250   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım"

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım". "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani televiziya proqramına müsahibəsində İsrailin hücumları zamanı aldığı xəsarətlərdən danışarkə

29.06.2025 247
.

Aİ yaxın günlərdə Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qəbul edə bilər

Fransa Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yaxın günlərdə Avropa İttifaqı tərəfindən razılaşdırılacağını gözləyir. "Report" xəbər verir ki, bunu Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-Noel Barrot LCI telekanalında bildirib. Onun sözlərinə görə, Avropa bu məsələdə amerikalı senatorlarl

29.06.2025 145
.

DAK-ın həmsədri: Yekaterinburqdakı hadisə Rusiyanın terror dövləti olduğunu göstərir

Yekaterinburq şəhərində baş vermiş hadisə Rusiyanın bir terror dövləti olduğunu göstərir. Bunu "Report"a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrlərindən Firudin Pərviznia deyib. "Rusiyada azərbaycanlıların öldürülməsinin ilə bağlı bu vandalizmi pisləyirik. Rusiyad

29.06.2025 279
.

Rus sənətçilər "DreamFest"dən ÇIXARILDI

Mədəniyyət Nazirliyinin Rusiya ilə bağlı mədəni tədbirlərin ləğv olunması haqqında çıxarılan qərardan sonra "DreamFest"də dəyişiklik edilib. OLAY yazır ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov məlumat yayıb. Məlumata əsasən, festivaldan bir sıra rus sənətçilərin çıxışlar

29.06.2025 981
.

Könül Nurullayeva: Rusiyada azərbaycanlılara qarşı törədilmiş xüsusi amansızlıq yolverilməzdir

Rusiyada azərbaycanlılara qarşı istintaqsız və məhkəməsiz şəkildə həyata keçirilən zorakılıq və qətllər yolverilməzdir və bu hadisə məqsədli cinayət təsiri bağışlayır. Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. MM üzvü qeyd edib ki, 25 il əvvə

29.06.2025 314
.

Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir - RƏY

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq OMON tərəfindən azərbaycanlılara qarşı törədilən qəddar və qeyri-insani rəftar bizi dərin sarsıtdı. Bu barədə "Report"a Milli Məclisin deputatı Azər Kərimli bildirib. O, deyib ki, bu hadisə insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı

29.06.2025 235
.

MM üzvü: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Onun sözlərinə görə, Rusiya hüquq-mühafiz

29.06.2025 252
.

Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı

29.06.2025 552
.

Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər LƏĞV OLUNDU!

Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir. Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Rusiya Federasiyasının Yekaterinburq vilayətind

29.06.2025 247
.

TOP MP3
OSZAR »