Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar

Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analarBu günümüz gözəl xəbərlə açıldı. PKK özünü ləğv etdi. Nə gözəl! Bəlkə kimlər üçünsə, xəbər o qədər də sevindirici deyil, amma əksəriyyətin buna şad olmağa xeyli əsasları var. Bu yazıda onları sadalamağa çalışacam.

Az qalıram uzun illərdi təşkilatın lideri olaraq antipatiya bəslədiyim birinə deyəm ki, "səni şad xəbər olasan Abdullah Öcalan".

Abdullah Öcalan zamanında türklərə yaxalanmağı ilə bizi sevindirdiyi kimi, indi də bir terror təşkilatını buraxmağı ilə şad edir. Sosialist ideyasından çıxış edərək PKK-nı, Kürdüstan Fəhlə Partiyasını qurdu, amma fəhlə dediklərini çevirib terrorçu etdi. Beləliklə, təkcə dünyanın yox, elə kürd xalqının ciddi probleminə çevrildilər. Özləri bu təşkilata kürdcə Partiya Karkerên Kurdistanê deyirlər. Öcalan xalqının lideri, qəhrəmanı ola bildimi? Bir xalqın minlərlə gənc nəslinin nəticəsi olmayan, yanlış bir siyasət uğrunda məhv edilməsinə bais olan birisi sizcə, qəhrəman ola bilərmi? O, sözün əsl mənasında xalqının genefondunu "qamçıladı". Bəlkə nə vaxtsa, yəni o, 1949-cu ildə Türkiyənin Şanlıurfa kimi gözəl bir diyarında anadan olanda insanlar sevinib, dədəsindən muştuluq belə alıblar. Bu zalım balası isə dünyada özünü uzun illər boyunca Türkiyəyə qarşı silahlı mübarizəyə rəhbərlik edərək tanıtdı. Öz xalqını aldatdı. 1978-ci ildə PKK-nı quraraq kürdlərin hüquqlarını qoruyacağına söz verdi. Amma anlamadı ki, başqalarının hüquqlarını pozmaq, on minlərlə insanın qanını tökmək haqq mübarizəsi deyil və bunun sonu mütləq uğursuzluqla nəticələnəcək. Bəlkə də, anlayıb. Amma ağababalarından aldığı pullar ona daha şirin gəlib. Hər halda bu qədər uzun müddət, insanları hər hansı yollarla olsa belə arxasınca aparan birinə ağılsız deyə bilmərik. Sadəcə, onun ucbatından çox-çox anaların gözü yaşlı qaldı...

Təsəvvür edin ki, 1984-cü ildən etibarən onlar Türkiyədə silahlı hücumlara başladı və bu proses o qədər uzun çəkdi ki... Terrorların bitməsini istəməyən "PKK"-nın əsas sahibləri, pul kisəsinin ağzını geninə-boluna açmışdılar.

1999-cu ildə Öcalan Keniya paytaxtı Nayrobidə tutuldu və Türkiyəyə gətirilərək məhkəmə qarşısına çıxarıldı. Eyni il ölüm cəzasına məhkum edildi. Lakin....

Türkiyənin Aİ-yə üzvlük prosesi çərçivəsində onun cəzası ömürlük həbslə əvəz olundu. Minlərlə gəncini qara torpaq altına göndərən bir dövlət ona humanistlik göstərdi. Bununla nə qədər böyük olduğunu bir daha dünyaya nümayiş etdirdi. Amma türk və kürd analarının gözlərindən axan yaş hələ də davam edirdi.

PKK yenidən, hansısa formada diriləcəkmi?

Bir az tələsməyək, zaman bunun cavabını verməyi, yəqin ki, uzatmayacaq. PKK-nın özünü ləğv etdiyini açıqlamasına baxmayaraq, təşkilatın tamamilə yox olması ehtimalı çox az görünür. Bunu da özümüzdən demirik. Ortada tarixi təcrübə var. Məsələn, təşkilat ya adını, ya formasını, strukturlarını dəyişərək yenidən "zühur" edə bilər. Çünki, onlar öz fəaliyyətini hansısa formada bərpa etmə potensialına çoxdan sahibdirlər. Nəzərə alaq ki, onların uğrunda mübarizə apardığı qanlı ideologiyaları tamamilə məhv olmayıb. Bundan başqa, ən təhlükəli görünən odur ki, təşkilati infrastruktur hələ də mövcuddur. PKK-nı sadəcə bir silahlı təşkilat kimi görmək, ağılsızlıq olar. Onlar eyni zamanda siyasi bir hərəkatdır. Onun Suriya (YPG/PYD), İraq (KCK/HPG), Avropa (diaspora) və hətta bəzi kürd siyasi partiyaları ilə əlaqələri var. İndi təsəvvür etmək çətin deyil ki, bu geniş şəbəkə, təşkilatın formal ləğvindən sonra mövcudluğunu büruzə verə bilər. Ona gör də, bizim kimi düşünən, hətta bizdən daha uzaqları belə hesablaya bilən siyasi texnoloqlar təbii ki, real ehtimal gözardı etməyiblər. Bu səbəbdən də PKK-nın gerçəkdən "yoxa çıxacağına" sadəcə ümid etmək olar.

40 mindən çox insanın ahı

PKK-nın 1984-cü ildə başladığı silahlı mübarizə nəticəsində 40 mindən çox insan həyatını itirib. Bunu da özümüzdən demirik. Türkiyə təhlükəsizlik qüvvələri məlumatı təsdiqləyir. Bura həm türk əsgəri, həm də, PKK üzvləri və mülki şəxslər daxildir. Ümid edək ki, artıq bayrağa bükülüb dəfn edəcək əsgərlərin sayı çox azalacaq.

Deməli belə, bütün hallarda bir siyasi eranı bağlayırıq. Ümid edək ki, gələcək bizə PKK-ya şükür oxutmaz. Yeni eranı yazacaq qələmlərimiz güclü olsun, ayaq basdığımız torpaqlarda kimin gəldiyini bəlli edə bilək!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 316   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni seçilən Roma Papasının Türkiyəyə səyahəti gözlənilir

Yeni seçilən Papa XIV Leonun Türkiyəyə səfəri gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yeni seçilmiş Roma Papası XIV Leo bu il ərzində Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində Papa ilk olaraq Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, daha sonra isə İznik şəhərinə yollanacaq

12.05.2025 165
.

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə xəstəxananın keçmiş əməkdaşı, baş tibb bacısı Gültəkin Əliyevanın işə bərpası və ona məcburi iş buraxdığı müddət üçün əməkhaqqını

12.05.2025 287
.

Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkdilər"

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər. xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar. Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satış

12.05.2025 330
.

Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar (VİDEO)

Bakıda bir qrup vətəndaş aldadılıb. Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də rekla

12.05.2025 437
.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı ölüb. sosial mediaya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev Xarkov ərazisində gedən döyüşlərdə həlak olub

12.05.2025 307
.

İyunda 13 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri açıqlanıb. xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsind

12.05.2025 608
.

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı

Baş Prokurorluq Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb. Qurumdan BİG.AZ-a bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevi

12.05.2025 243
.

Məşhur müğənni ölən qardaşının doğum gününü qeyd etdi

Türkiyənin məşhur müğənnisi Alişan ölən qardaşının doğum gününü sosial mediada duyğulu sözlərlə qeyd edib. xəbər verir ki, müğənni, "Həyatım keçib gedir. Sənin üçün çox darıxıram qardaşım" ifadəsini qardaşının fotosunu paylaşaraq vurğulayıb. Qeyd edək ki, Alişan qardaşını 4 il əvvəl coron

12.05.2025 268
.

Mahir Emreli bacısı və sevgilisi ilə foto paylaşdı

Azərbaycan yığmasının üzvü Mahir Emreli bacısı Aişə və sevgilisi Dilarə Səlimlə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, futbolçu fotoları Almaniyanın Nürnberq şəhərində çəkdirdiyini vurğulayıb. O, paylaşımına "Anlar" qısa şərhini yazıb. Qeyd edək ki, Mahir hazırda Almaniyanın "Nürnberq"

12.05.2025 670
.

TOP MP3
OSZAR »