Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydü

Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydüSalyanda kişi 250 manatlıq ağacı kəsib qonşu qadını döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Salyan rayonu, E.İmanov küçəsində baş verib. Həmin küçədə yaşayan, 1970-ci il təvəllüdlü Rahil Bədəlov qapısının qarşısında olan, Salyan Yaşıllaşdırma İdarəsinə 250 manata başa gələn bir ədəd zeytun ağacının budaqlarını kəsib. Səbəb həmin ağacın Rahil Bədəlovun evinə gedən elektrik naqilinə toxunması olub.

Rahilin qonşusu Sevda ağacın kəsildiyini görüb həmin ağacın kim tərəfindən kəsildiyini ondan soruşub. Rahil - "ağacı mən kəsmişəm, yaxşı eləmişəm", - deyib. Sevda isə - "o ağacı sən əkmisən, sən də kəsirsən?" - deyə soruşub. Sevdanın bu sözündən əsəbiləşən Rahil Bədəlov Sevdaya yumruq və təpik zərbələri endirməklə onu döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən Rahil Bədəlov saxlanılıb.

Salyan Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə R.Bədəlovun anlaqsız olduğu qənaətinə gəlinib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 214   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ŞOK: 9 ədəd qaşıq uddu

Bakıda bir nəfər 9 ədəd qaşıq udub. " "a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub. İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbu

19.05.2025 440
.

Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş - Video

Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə ilə həyat yoldaşının öldüyü yol qəzasının bəzi təfərrüatları üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı A.Zeynalzadənin "Azsamand" markalı avtomobili Bakı-Quba-Rusiya sərhədi yolund

19.05.2025 957
.

Xərçəngin qarşısını almaq üçün bu məhsulları yeyin

Bu məhsulların müntəzəm istifadəsi onkoloji xəstəliklərdən qorunmağa kömək edə bilər, mütəxəssislər buna inanır. Sağlam hüceyrə fəaliyyətinin təmin edilməsi xərçəngin qarşısının alınmasında əsas amildir. Aktiv həyat tərzi ilə yanaşı, müəyyən qidalar da var ki, onlar xərçəngə qarşı güclü təsir göstərə

19.05.2025 371
.

Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir

Yüz yeddi il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənli

10:17 107
.

Azərbaycanda sabiq məmura elektron qolbaq taxıldı

Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. " "a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılmas

19.05.2025 346
.

Gənclər arasında yaddaş zəifliyi artır – Səbəblər və çıxış yolları

Müasir dövrdə yaddaş zəifliyi və unutqanlıq təkcə yaşlılarda deyil, gənclər arasında da geniş yayılıb. Bu hal həm təhsil prosesində, həm də sosial münasibətlərdə çətinliklərə səbəb olur, ümumi həyat keyfiyyətini aşağı salır. Bəs yaddaş problemlərinin gənclər arasında bu qədər yayılmasının səbəbləri nədir?

19.05.2025 1182
.

Təbrik şadlıq sarayı toyda yararsız qida verilir?-Video

Təbrik şadlıq sarayında keçirilən toy məclisindən sosial paltformada görüntülər yayımlanıb. XALQ xəbər verir ki,görüntülərdə toyda iştirak edən qonaq qidaların yararsız olması, içindən qurd çıxdığını və kabablarında yemək mümkün olmadığı haqqında şikayət edir. Məslə ilə bağlı Təbrik şadlıq sarayınd

11:32 146
.

"Qızımın qeybətini gəlinimə edirəm"

"Heç vaxt övladımı müdafiə etmirəm. Leyla özü desin. Haqsızdırsa, edə bilmərəm. Düşmənimin balası balamla mübahisə etsə, bir-birini incitsə, görsəm ki, haqsız mənim övladımdır cəzanı öz balama verərəm". Axşam.az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı "Günə bax" proqramınd

12:18 106
.

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollaraında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var. BİG.AZ xəbər verir ki, şəhər və rayonlar üzr

19.05.2025 589
.

TOP MP3
OSZAR »