Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.
Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümum milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı.
1993-2003-cü illər həll edici illər oldu. Həmin illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi və İlham Əliyev xalqın yekdil səsi ilə Prezident seçildi. Həyat onu göstərdi ki, son 22 il ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti bütün istiqamətlərdə uğurla davam etdirilib.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44 günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.
Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.
Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.
Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Son 21 ilin bu sahədə əldə edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib.
Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
Artıq soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olmağa başlamışıq. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin icrası uğurla həyata keçirilir, infrastruktur layihələrinin icrası, ən əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının bərpa olunması sahibinə qayıdan torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 264   Tarix: 20 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İcbari Tibbi Sığorta ilə müayinə və müalicə mümkündür-Onkoloqdan Açıqlama-VİDEO

Onkoloji xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm müayinələr həyati əhəmiyyət daşıyır. -a açıqlama verən onkoloq-cərrah Aytaç Məmmədova bildirib ki, qadınlar 35, kişilər isə 40 yaşından sonra hər 6 aydan bir mütləq onkoloji müayinələrdən keçməlidirlər. Həkimin sözlərinə görə, erkən diaqnoz xəstəlikləri

23.05.2025 316
.

Ayılar haradadır? - Dövlət qurumundan açıqlama

Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayıların Böyük Britaniyaya aparılması xəbərinə münasibət bildirib. Qurumun rəsmisi Arzu Babayeva "Qafqazinfo"ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:. "Adıçəkilən ayılar hazırda Altıağa

23.05.2025 417
.

İbrahim Borçalının ailəsində ağır itki

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin bacısı oğlu dünyasını dəyişib. Bu haqda ifaçı instaqramda canlı yayımda olarkən deyib. "Ürəyindən. İnfarkt keçirtdi və rəhmətə getdi" deyə, İ.Borçalı bildirib. Qeyd edək ki, müğənni 2020-ci ildə oğl

23.05.2025 932
.

Məktəb direktorlarının işdən azad edilməsi problemləri həll edəcəkmi? – Ekspertdən sərt açıqlama

Son günlər Azərbaycanda bir neçə məktəb direktorunun işdən azad edilməsi cəmiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, direktorların vəzifədən kənarlaşdırılması onların fəaliyyətində yol verdikləri nöqsanlarla əsaslandırılıb. Lakin ictimaiyyətdə bu tədbirlərin məktəblərdəki real problemləri həll edib-etməyəcəy

23.05.2025 612
.

Günəş şüası altında qalan telefon partlayıb

Türkiyənin Adana vilayətində yüksək temperatur səbəbindən bir mobil telefon partlayıb. türk mediasına istinadən xəbər verir ki, partlayış hadisəsi texniki ustanın iş zamanı telefonun günəş altında qalması nəticəsində baş verib. Partlayış səsindən qorxan texnik yanan cihazı yerə ataraq canını qurtarıb

23.05.2025 238
.

Təyyarənin qəzaya uğradığı yerdə xatirə meydançası... - Video

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Qazaxıstanın " saytı məlumat yayıb. Bildirilib ki, həmin əraziyə skamyalar qoyulub, hasara alanan hissədə güllər əkilib. Tüpkaraqan rayonunun yerli idarəetm

11:25 235
.

Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dol

23.05.2025 387
.

Aybəniz Haşımovanın qızı ilə bağlı gerçəkləşməyən arzusu

Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyevadan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Rəngarəng" verilişində övladı ilə bağlı arzusundan danışıb. "Heç vaxt Aynişanın üzərində çalışmamışam. Çünki onu həkim görmək istəyirdim. Düz etmirik, arzularla yaşayırıq. Övladımı

17:00 72
.

"Bakcell" süni intellekt təlimi təşkil etdi

İnnovasiya və sürət lideri "Bakcell" media nümayəndələrinə "Süni intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim təşkil edib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən tədbirdə 50-dən çox media nümayəndəsi iştirak edib. Təlimin əsa

23.05.2025 212
.

TOP MP3
OSZAR »