"Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub"
"Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub".
Axşam.az xəbər verir ki, bunu Xalq Artisti Naibə Allahverdiyeva "Teleqraf"a keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həyat yoldaşından dəfələrlə təhdidlər eşidib:
"Deyirdi ki, sənin beynində problemlər var, məndən ayrılsan elə edəcəm ki, ürəyin evdə partlayacaq, beyninə qan sızacaq. Mən bəyəm elə sadəlövhəm ki, səni öldürüb, həbsə düşüm?.. Onsuz da sənin beynində qansızma əlamətləri var.
Mənə dəfələrlə bıçaq vurub. Həmişə gizli-gizli məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mən onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm".
Xatırladaq ki, sənətçinin keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Birce Akalay sevgilisini Serenay Sarıkaya ilə yaraşdırdı
Serenay Sarıkaya və Hakan Kurtaş "Kimler geldi kimler geçti" serialında tərəf müqabili olublar. xəbər verir ki, Hakan Kurtaşın sevgilisi Birce Akalay onları yaraşdırdığını deyib. "Kimyaları çox gözəl idi, çox yaraşdılar" ,- deyə o bildirib. [hh4-unikal]
03.06.2025 445 Vüsalənin səhhətində problem yaranıb?
Aparıcı Vüsalə Əlizadə Türkiyəyə yollanıb. Axşam.az xəbər verir ki, İstanbulda olan aparıcı xəstəxanadan görüntülər paylaşıb. Vüsalə müayinəyə yollandığını bildirib. Qeyd edək ki, V.Əlizadə illər əvvəl böyrəklərində problem olduğunu, anasının ona öz böyrəyini verdiyini açıqlayıb
02.06.2025 781 "O şimdi asker" deyirdi - ELƏ VİDEOSU YAYILDI Kİ...
Bir vaxtlar "O şimdi asker" mahnısı ilə məşhurluq qazanan Tuğba Ekinci bu dəfə qeyri-adi reklam videosu ilə gündəmə gəlib. Sənətçi sosial mediada paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. Belə ki, Tuğba Ekinci bir məkanın reklamını etmək məqsədilə hərbi kamuflyajda kameralar qarşısın
01.06.2025 766 Tərəf müqabili oldular
"İtiraf" serialında rol alacaq aktrisalardan birinin kimliyi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işində Dilan Çiçek Deniz rol alcaq. O, aktyor Ertan Sabanın tərəf müqabili kimi kamera qarşısına keçəcək. Qeyd edək ki, Dilan son olaraq "Kusursuz kiracı"da çəkilib
01.06.2025 368 "Nəsə yeyəndə belə insanın qarnı çıxa bilər" - Doğukan Güngör
Ötən gün çimərlik mövsümünü açan Doğukan Güngör aldığı kilolar ilə gündəmə gəlmişdi. xəbər verir ki, o, mövzu ilə bağlı danışıb. "Tətildəyəm. Nəsə yeyəndə belə insanın qarnı çıxa bilər. Kompleksim yoxdur. Çəki alınıb verilə bilər" ,- deyə o bildirib. [hh4-unikal]
21:15 164 "2,5 illik sevgilimi rəfiqəmlə hoteldə tutdum" - Bestemsu Özdemir
Aktrisa Bestemsu Özdemir sevgilisindən ayrılma səbəbini açıqıayıb. xəbər verir ki, o, səbəbin xəyanət olduğunu deyib. "2,5 illik sevgilimi rəfiqəmlə hoteldə tutdum" ,- deyə o bildirib. [hh4-unikal]
03.06.2025 494 "Uzak Şehir"in kollektivi yeməyə çıxaraq sezon finalını qeyd etdi
Sezon finalına çıxan "Uzak Şehir"in kollektivi yeməyə çıxaraq bunu qeyd ediblər. xəbər verir ki, Ozan Akabab və Sinem Ünsal açıqlama veriblər. "Böyük yükün altından çıxdıq.Zövqlü və yaxşı iş alındı.Bununla fəxr edirik" ,- deyə Ozan Akbaba bildirib. "Hisslərimiz və motivasiyamı
03.06.2025 730 Hollivudun sevilən siması: Uill Smitin məşhurluğa gedən yolu
Uill Smit 1968-ci il sentyabrın 25-də ABŞ-nin Filadelfiya şəhərində anadan olub. Karyerasına 1980-ci illərin ortalarında rep musiqisi ilə başlayan Smit DJ "Jazzy Jeff" ilə birgə ifa etdiyi duetlə "Qremmi" mükafatına layiq görülərək böyük uğur qazanıb. 1990-cı ildə "The Fres
01.06.2025 350 Hande Erçel dostları ilə gəmi səyahətində - FOTOLAR
Hande Erçel dostları ilə gəmi səyahətinə çıxıb. xəbər verir ki, o, görüntüləri sosial mediada paylaşıb. Fotolara minlərlə bəyənmə gəlib. [hh4-unikal]
20:45 146