Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldı

Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldıKatolik Kilsəsinin yeni ruhani lideri Papa XIV Lev yalnız dini missiyası ilə deyil, şəxsi keçmişi ilə də gündəmdə qalır.

Qaynarinfo xəbər verir ki, aparılmış nəsil ağacı araşdırmasına əsasən, Papa Levin bir sıra tanınmış şəxslərlə qohumluq əlaqəsi olduğu ortaya çıxıb.

"New York Times"ın nəsil ağacı üzrə mütəxəssislərlə birgə keçirdiyi araşdırmada Papa XIV Levin (69 yaş) son 500 ilə aid nəsil əlaqələri tədqiq edilib. Nəticələrə görə, Papa Lev pop musiqi ifaçısı Madonna, aktyor Rayan Qoslinq, siyasətçi Hillari Klinton, Kanadanın sabiq baş naziri Castin Trüdo, kanadalı müğənni Castin Biber və Hollivud ulduzu Ancelina Coli ilə eyni nəsil ağacında yer alır və bu şəxslərlə uzaqdan qohumdur. ABŞ-dan seçilən ilk Papa olan Lev ilə bu məşhurlar arasında qohumluq bağı, 1500-cü illərdə Kanadada yerləşən Kvebek bölgəsində yaşamış fransız əsilli məskun Louis Buşer de Qranpreyə qədər gedib çıxır.

Qara dərili əcdadları da var

Nəsil ağacı üzrə mütəxəssislərinin bildirdiyinə görə, XVI və XVII əsrlərdə Kvebekə köç etmiş məhdud sayda avropalı ailə, nəsillər boyunca həm Kanadada, həm də sonradan Amerika qitəsinin digər bölgələrində genişlənərək vahid bir soy zənciri formalaşdırıblar. Bu soy zənciri nəticəsində XIV Lev bu gün Madonna, Castin Biber, Ancelina Coli, Hillari Klinton və bir çox məşhurla uzaq qohum sayılır.

Bundan əlavə, araşdırmalara əsasən Katolik Kilsəsinin yeni liderinin 17 afroamerikalı əcdadı da müəyyən olunub. Bu əcdadlardan səkkizi kölə sahibi, bir çoxu isə qara dərili olub. Əsl adı Robert Prevost olan XIV Papa Lev 14 sentyabr 1955-ci ildə Çikaqoda Lui Mariüs Prevost və Mildred Martines cütlüyünün övladı kimi dünyaya gəlib. O, 2023-cü ildə kardinal olaraq vəzifəyə başlayıb, 2025-ci ildə isə Papa seçilərək XIV Lev adını alıb.

Madonnadan diqqətçəkən paylaşım

XIV Papa Lev ilə ortaq əcdadı olduğu xəbəri məşhur müğənni Madonnanın (66 yaş) səssizliyini pozmasına səbəb olub. Sənətçi "Instagram" hesabında atası ilə çəkilmiş fotosunu paylaşaraq "Poz ver! Papa ilə qohum imişik!" qeydi ilə izləyicilərinə müraciət edib.

Qeyd edək ki, Madonna 1989-cu ildə ifa etdiyi "Like a Prayer" adlı mahnı və onun erotik video klipi səbəbindən Katolik Kilsəsi tərəfindən boykot olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 402   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sıla 45 yaşını qeyd etdi

Türk pop musiqisinin ən sevilən müğənnilərindən biri olan Sıla Gençoğlunun 45 yaşını qeyd edib. xəbər verir ki, müğənni sosial media hesabında sevgilisi İlker Kaleli və dostları ilə birlikdə doğum günü şənliyindən fotolar paylaşıb. Yeni yaşını qeyd edən Sıla paylaşımına belə yazıb: "17/06/25 - 45'lik

19.06.2025 308
.

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (CFO) 51-ci sessiyası 21-22 iyun tarixlərində İstanbulda, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə "Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı" mövzusu altında keçiriləcək. xarici mediaya istinadən xəbə

19.06.2025 241
.

"Kızılcık Şerbeti"nə yeni aktyor

Erkan Avcı "Kızılcık Şerbeti"nə qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. O, Asudenin qardaşı oğlu rolunu canlandıracaq. Serialın yeni sezonunda 4 aktyor ayrılacaq. [hh4-unikal]

19.06.2025 309
.

İş Elanları Artıq Özləri Səni Tapır – Azərbaycanda Yeni Dövr Başlayır!

İş axtarışını asanlaşdırmaq və inkişaf etmək istəyənlər üçün Azərbaycanda tam fərqli bir yanaşma ortaya çıxıb. Artıq onlarla vakansiya saytında vaxt itirmək, uyğunluq dərəcəsi bilinməyən elanları əl ilə seçmək dövrü geridə qaldı. Tanış olun – , sadəcə bir vakansiya saytı deyil, sənin üçün işləyən karyer

12:27 111
.

"Bakcell" "PwC illik CEO sorğusu"nda iştirak edib

"Bakcell"in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən "PwC illik CEO sorğusu"nda iştirak edib. "PwC Azərbaycan" nümayəndələri ilə müsahibə zamanı Klau

19.06.2025 237
.

Şimali Koreyadan İrana dəstək:"İsrail Yaxın Şərqin xərçəng xəstəliyidir"

İsrailin təcavüzkar hücumundan sonra İranın cavab tədbirləri ilə davam edən qarşıdurmalar yeddinci günə qədəm qoyub. xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində hər iki bölgə ciddi ziyan görüb. Bu ərəfədə İrana dəstək verdiyini açıqlayan Şimali Koreya İsrailin hava hücumlarını sər

19.06.2025 497
.

Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldı

Katolik Kilsəsinin yeni ruhani lideri Papa XIV Lev yalnız dini missiyası ilə deyil, şəxsi keçmişi ilə də gündəmdə qalır. Qaynarinfo xəbər verir ki, aparılmış nəsil ağacı araşdırmasına əsasən, Papa Levin bir sıra tanınmış şəxslərlə qohumluq əlaqəsi olduğu ortaya çıxıb. "New York Times"ın nəsi

19.06.2025 400
.

İsrail Qəzzada zülmünü davam etdirir

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinliləri hədəf alıb. xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 16 fələstinli həyatını itirib, 100-ə yaxın fələstinli yaralanıb. Ölən və yaralananlar Avd

19.06.2025 309
.

Milçəklərin və həşəratların kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

Evdə milçək və böcək problemləri ilə mübarizə apararkən kimyəvi sprey istifadə etmək istəməyənlər üçün lavanda əla və tamamilə təbii bir həll təqdim edir. xarici mediaya istinadən xəbər verir ki, həm gözəl qoxusu ilə mühiti təravətləndirən, həm də zərərli həşəratları effektiv şəkildə uzaqlaşdıran lavanda

19.06.2025 475
.

TOP MP3
OSZAR »